Məcid Həsənli

YEL

Əməliyyat otağında gərgin iş gedirdi.
Ağzıbağlı, əli əlcəkli, ağ xalatlı həkimlər ağır bir əməliyyat keçirirdilər. Xəstənin bağırsağında şiş vardı.
Bağırsaq bir tərəfdən də qarın dərisinə birləşmişdi. Əməliyyatı aparan həkim onu tər basdığını belə hiss etmirdi.
İki saat keçirdi. Hazır qan da kifayət etməyəcəkdi. Xəstənin qanı laxtalanmaya meylli deyildi.
Qanaxma baş verdiyi görünürdü. Hiss olunurdu ki, əməliyyatı keçirənlər şok vəziyyətinə düşürlər. Amma həkimlər heç nədən qorxmurdular. Xəstədi də. İstəyir ölsün, istəyir ölməsin – yaşasın.
Davamını oxu