⬇️

14/10/2016

Pulsuz Green Card-a qoşulma

GREEN CARD NƏDİR?

Amerika Birləşmiş Ştatları Qaçqın Bürosu, ölkənin əhali sayındakı mədəniyyət müxtəlifliyini artırmaq məqsədilə hər il dünyanın bir çox fərqli ölkəsindən qaçqın vətəndaş qəbul edir. Amerikada mühacir kimi yaşamağın yollarından biri də, Amerika Birləşmiş Ştatlarının 1990-ci ildən bəri rəsmi olaraq qüvvəyə qoyduğu Green Card çəkilişinə (Diversity Visa Program) iştirak etməkdir. Aparılan bu çəkilişlə hər il təxminən 55.000 xarici ölkə vətəndaşı Green Card sahibi olur.

Çəkilişi qazanan şəxslər ABŞ-da daimi yaşama və işləmə icazə, digər adı Yaşıl Kart (Green Card [qrin kard]) əldə etmiş olur. Yaşıl Kartın udulması halında öz vətəndaşlığına davam edərkən, Amerikan vətəndaşlarının istifadə etdiyi bir çox hüquqdan da istifadə etmək hüququnuz olur. Green Card aldıqdan 5 il sonra diləyən Yaşıl Kart sahibi, Amerika vətəndaşlığına müraciət edə və tam vətəndaşlıq ala bilər.

Bu yazıda sizə Green Card üçün necə pulsuz qeydiyyatdan keçməyi izah edəcəyəm. Şəkilləri izləyib özünüz heç bi rödəniş etmədən Yaşıl Karta qoşula bilərsiniz. 

Başlayaq:

Əvvəlcə bu linkə daxil olun: https://www.dvlottery.state.gov/

Sonra da şəkillərdə kimi davam edin:


Əgər haradasa yanlışım varsa, düzəltə bilərəm.

Hər kəsə uğurlar!

Əgər əlavə məlumat lazım olsa, şərh yazın və ya mənimlə əlaqə saxlayın.

Yazını sosial şəbəkələrdə paylaşaraq, başqa insanları da maarifləndirə bilərsiniz.


Məcid Həsənli




7 şərh

Salam mene deye bilersiz ki men qeydiyyatdan kecmiwem ya yox hardan oyrene bilerem? Basim cixmir taniwa demiwem o da deyir narahat olma kecirtmisem 050 5122171

Reply

Salam. Qeydiyyat bitəndə ekranda sizə məxsus kod verilir, yazılır ki, bunu itirməyin, ya çap edin, ya da başqa yolla saxlayın. Çünki nəticələr açıqlananda həmin kodla öyrənə biləcəysiniz cavabı. Sizin adınıza qeydiyyatdan keçən şəxsdən sizə aid iştirakçı kodunu tələb edin.

Reply

bu wekildekilerden bawqa hecne lazim deyil? bideki universitet oxuyuram son kursdayam meselcun bunun cavabi aciqlanana kimi uni qutarmiw olur hardasa men onu nece qeyd edim?

Reply

bəli. əgər qazansaz tezliklə gedmirsiz. ona görə də universiteti bitirməyə vaxt olacaq.

Reply

Salam,men qeydiyyatdan kecmek isteyirem.ama iki uwagim var,6 yaw ve 5 aylig.onlarin wekli lazimdi ya ehtiyac yoxdu?

Reply