ooo

...
Searching...
05/12/2016

"Camaat niyə qalxmır?" sualının cavabı

December 05, 2016

Yəqin ki, siz də tez-tez bu sualla qarşılaşırsınız: "Camaat niyə qalxmır?" 

Necə olur ki, dünyanın normal ölkələrində, hətta, Ermənistanda belə əhali qiymət artımına, bahalaşmaya etiraz edir, bizdə isə, hamı hər şeydən razı kimi görünür. Heç kim səsini çıxarmır.

Həmin o dövlətlərdə, çox uzağa getməyək, elə Türkiyədə baş verən aksiyalara fikir versəniz, küçədə yürüş keçirən kütlənin önündə gedənlər aksiyanı təşkil edən təşkilatın, dərnəyin və sair birliyin, dəstənin adı yazılan plakatı daşıyır. Heç yerdə sakinlər kor-koranə küçəyə çıxıb qışqırmır.

Siyasi partiya da olmasa, hər hansı bir dərnək, həmkarlar ittifaqı olur, həmin narazı insanların toplayır bir yerə və ya həmin narazıların öz təşkilatı olur. Bizdə bunların heç biri yoxdur. Həmkarlar ittifaqları ta qədimdən - Sovet dövründən ancaq "putyovka" verən yer kimi şüurlarda oturub. Başqa da təşkilat qurmağa hakimiyyət icazə vermir. Adicə küçədə 3-4 nəfər bir yerdə gəzəndə polisə şübhəli görünürlər. Yəni, qısası, hakimiyyət əhalini polis və başqa hüquq-mühafizə orqanları vasitəsilə bərk əllə sıxıb saxlayır.

Bunlara istisna olaraq, İlkin Rüstəmzadə haqqında danışa bilərik. Əsgər ölümlərinin çoxaldığı bir zamanda öz təşəbbüsü ilə insanları toplamağı bacardı və etiraz səsi hər yandan eşidildi. Nəticə nə oldu? İlkini həbs etdilər. Onunla eyni dövrdə həbs olunanların çoxu azad olundu, ancaq əsas qəhrəman hələ də həbsdədir. Bəlkə də bu növbəti ilkinlərə dərs olsun deyə belədir. Baxın ha, birdən kimsə çaşar belə iş tutar, sizi də basarıq qazamata.

Mənim əzizlərim, ona görə də fikri-zikri biri-birinə "atıb" pul qazanmaq olan binəva xalqdan çox şey gözləmək sadəlövhlükdür. Xalqı arxasınca aparacaq ziyalı, ictimai fəal olmadıqca, təşkilatlanmadıqca nəsə etmək çətin məsələdir. Təşkilatlanma istəyənin də sonu necə olur, göz qabağındadır. 

0 şərh:

Post a Comment