Azərbaycan tarixində mühüm yer tutan Xalq Cümhuriyyətinin qurulmasından 100 il ötür. 1918-ci il ilin 28 mayında Şəqrdə ilk müstəqil demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti elan edilib. Hər il Azərbaycan xalqı bu günü böyük sevinc hissi ilə qeyd edir. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, xalq cümhuriyyəti müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi istiqamətində mühüm addımlar atıb. 
1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində çar hakimiyyəti devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayında Rusiya imperiyasının tərkibinə daxil olan Qafqaz xalqları da öz müstəqilliyini elan etdilər. 
Davamını oxu