Hələ də bilmirəm Qaraqaplan kimi cümləni vergüllə (,) başlayım, yoxsa … Nə bilim e. Yazım? Ya yox?
Oturub xəyal eyləyirəm. Yazıram, yazıram, yazıram. Sonra 50 illiyim olacaq. “Ədəbiyyat qəzeti”ndə məni təbrik edəcəklər. Sonra… sonra… sonra nəhayət öləcəyəm. Əgər uşaqlara deyilən fason özümü yaxşı aparmışamsa, Fəxri xiyabana gedəcəyəm. Ehhh…
Mən yaxşısı budur AYB-dənsə AYO üzvü olum. AYO-da həyat AYB-dən maraqlı keçir, özü də çox maraqlı. Ömrüm boyu yazacağam, yazacağam. Hey yazacağam. Bu yerdə bir Atalar sözü yadıma düşdü – İt hürər, karvan keçər.
Əla. Artıq qərarımı verdim. Gedib AYO üzvü olacağam. Deyilənlərə görə AYO-ya üzvlük mərasimi belə keçir: sənə üzvlük vəsiqəsini verirlər və… Və hər şey, mərasimin əsas hissəsi indi başlayır. Seymur Baycan qara bir şarf gətirir və gözlərini – yeni üzvün – bağlayır. Daha sonra rəngi bilinməyən bir torba gətirir ( bu vaxta qədər üzv olanlar həmişə bu “müqəddəs” mərasimi gözübağlı keçirtdiklərindən, indiyədək torbanın rəngi naməlumdur ). Bu torbanın içərisində köhnə yazıçıların – şairlərin də həmçinin – adları var. Budur hansısa “bədbəxt” yazıçının adı çıxır. Bütün üzvlər eyni proseduru keçiblərmiş. Baycan həmin “bədbəxt”in adını oxuyur. Sən də and içirsən ki, nə qədər ki, AYO-ya üzvsən, o qədər də onu söyəcəksən. Düzdür, eşitmişəm ki, hamı and içir, amma sonra içdikləri andı yavaş-yavaş unudurlar. Deyilənlərə görə andını ən gec unudan Qan Turalı olmuşdur.
Əşşi… Artıq bezdim gic-gic söhbətlərdən. Nizami demişdir:
“Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.”
İnsan nə olur olsun, təki adam olsun.
Məcid Həsənli
kultpress.com
Davamını oxu