Geyim vә sair azadlığı
Bir neçә gündür mövzular başımda fırlanır, elә deyirәm bunu yazım, hә yazaram, sonda tәnbәllikdәn heç nә yazası olmuram. Bayaq twitter-dә biri "Haçan ki, Azərbaycan oğlanını qızın açıq baldır, bud və s. kimi orqanları həyəcanlandırmayacaq, onda biz bəlkə nəsə elədik millət kimi." yazdı vә bir az müzakirәlәr getdi. Deyirdilәr ki, guya sektor uşaqları mәnәviyyatsızlığı tәbliğ edir. Mәn dә yazdım ki, sektor uşaqları demir ki, kimi tutdun "qayır". Doğrudan da, sektor uşaqları deyilәn fәal gәnclәrin dediyi "azad seks" anlayışını hәlә heç hamıyagülәn-glamur-zor gәnclәrumiz dә başa düşmür deyәsәn. Әn azından belә görünür.
Azad seks anlayışı bizә, tәk bizә yox, ümumiyyәtlә, dünyaya dünyanın azad ölkәlәrindәn gәlib, yayılıb. Real vә ya virtual hәmsöhbәt olduğum çox adam "azad seks"i әxlaqsızlığın pik nöqtәsi kimi başa düşür. Mәn çox ölkә gәzmәmişәm, tәkcә Rusiyada olmuşam. Ancaq qiyabi olaraq, dünyanın yarısını sәyahәt etmişәm. Qiyabi gәzdiyim yerlәrdәn yazsam, qәrelәr deyәcәk ki, basıb-bağlıyır. Elә Rusiya tәәssüratımdan danışım. Demәli, yay vaxtı idi, qatar elә ki, Şimali Qafqazı keçib rus torpaqlarına girir, әsl Rusiyanı o zaman görürsәn. Hәr şәhәrdә azı yarım saat dayanırdıq, qatarın dayanmasından istifadә edib vağzaldakı mağazalardan özümüzә әrzaq alırdıq. Rusiyalı ruslarla ilk ünsiyyәtim dә belә şәraitdә olmuşdu.
Davamını oxu