ooo

...
Searching...
07/05/2013

Geyim vә sair azadlığı

May 07, 2013
Bir neçә gündür mövzular başımda fırlanır, elә deyirәm bunu yazım, hә yazaram, sonda tәnbәllikdәn heç nә yazası olmuram. Bayaq twitter-dә biri "Haçan ki, Azərbaycan oğlanını qızın açıq baldır, bud və s. kimi orqanları həyəcanlandırmayacaq, onda biz bəlkə nəsə elədik millət kimi." yazdı vә bir az müzakirәlәr getdi. Deyirdilәr ki, guya sektor uşaqları mәnәviyyatsızlığı tәbliğ edir. Mәn dә yazdım ki, sektor uşaqları demir ki, kimi tutdun "qayır". Doğrudan da, sektor uşaqları deyilәn fәal gәnclәrin dediyi "azad seks" anlayışını hәlә heç hamıyagülәn-glamur-zor gәnclәrumiz dә başa düşmür deyәsәn. Әn azından belә görünür.

Azad seks anlayışı bizә, tәk bizә yox, ümumiyyәtlә, dünyaya dünyanın azad ölkәlәrindәn gәlib, yayılıb. Real vә ya virtual hәmsöhbәt olduğum çox adam "azad seks"i  әxlaqsızlığın pik nöqtәsi kimi başa düşür. Mәn çox ölkә gәzmәmişәm, tәkcә Rusiyada olmuşam. Ancaq qiyabi olaraq, dünyanın yarısını sәyahәt etmişәm. Qiyabi gәzdiyim yerlәrdәn yazsam, qәrelәr deyәcәk ki, basıb-bağlıyır. Elә Rusiya tәәssüratımdan danışım. Demәli, yay vaxtı idi, qatar elә ki, Şimali Qafqazı keçib rus torpaqlarına girir, әsl Rusiyanı o zaman görürsәn. Hәr şәhәrdә azı yarım saat dayanırdıq, qatarın dayanmasından istifadә edib vağzaldakı mağazalardan özümüzә әrzaq alırdıq. Rusiyalı ruslarla ilk ünsiyyәtim dә belә şәraitdә olmuşdu.
Birinci dәfә qatar rus şәhәrindә dayananda pәncәrәdәn gördüyüm ruslar mәni tәәccüblәndirdi. Hamı - yaşından, cinsindәn asılı olmayaraq yarıçılpaq gәzirdi. Yaşlılar da, cavanlar da. Cavan, sapsarı rus gәnclәri - qızlar da, oğlanlar da dar, qısa şortiklәrdә çox rahat gәzirdilәr. Oğlanlarda tәkcә şortik, bәzilәrinin boynunda bәzәk әşyası zәncir, bәzilәrinin dә әlindә pivә. İnsafәn desәk elә әn abırlı geyinәnlәri yaşlә nәnәlәr idi :). Qoca babalarda sallanan qarınlarını camaata sәrgilәyirdilәr. Vә heç kim vәhşi nәzәrlәrlә bir-birinә baxmırdı. Hәtta, adi nәzәrlә dә baxışmırdılar. Hәrә öz yolu ilә gedirdi. İlk dәfә gördüyüm mәnzәrәyә tәәccüblә baxan elә mәniydim tәkcә. Vaqondakı hәmvәtәnlәrim Rusiya vәtәndaşları idi, evlәrinә gedirdilәr.

Gәlin bu vәziyyәti land of fire Azәrbaycanda tәsәvvür edәk. Hәqiqәtәn, odlar yurduyuq, çox odlu-alovluyuq. "28 May" metrosu, qısa әtәk, dekolteli bir qız düşür pillәkәnlә keçmişdә  Rәsulzadәnin şәkli olan tәrәfdәn. Bu momentdә idmançı bәdәnli, satıcı işlәyәn hәmmәhәllәlisinin yanına gәlәn oğlan, bu qızı görür vә neynir? Nömrәsin qışqırır: sıfır әlli beş, sәkkiz yüz doxsan yeddi... Bu azmış kimi düşür bu qızın arxasınca. Girirlәr vaqona oğlan bir az kәrkinmә hәrәkәtlәri vә sair vә ilaxır edir, әn sonda xanım da nömrәni alır. Sonra da oğlan gedib fbda yazır ki, qız tutdum, qız da twitter-dә "çox xoşbәxtәm" tvitlәyir.

Rusiyada isti olanda hamı açıq geyinir, heç kim digәrinә kәrkinmir, kimsә kimәsә nömrәsin anqırmır, nә dә әrә getmәk üçün kimәsә göz qaş eliyib bir ildәn sonra telefonda "ay "mama" demir. Özlәri istәyәndә razılaşıb çәkirlәr. Rusiyada hamının sevgilisi var. Mәn öz gözlәrimlә şahidlik edә bilәrәm ki, әn eybәcәrlәrin dә münasibәtdә olduğu adam varıydı. Ona görә dә, şorkitli qızı görәndә ulayıb dallarınca düşmürlәr. Bizim doğma şәhәrimizdә kiminsә arxasınca gedәnlәri görәndә, doğma kәndimizdәki atlar, eşşәklәr yadıma düşür. Hәmişә, әn axırda erkәk dişini haqlıyırdı :).

Nәysә, Rusiya ilә özümüzü müzakirә etmәyim daha. Bizdә әn yaxşısı budur elә. Oğlanlar fbda İmam Әli şәkillәri paylaşıb "like" edәn qızların "inbox"una "salam, necesen" yazsınlar, qızlar da döşün öpdürüb sevgi statusları döşәsinlәr.

Çıxış yolu axtarmadım. Mәncә, yoxdur.

0 şərh:

Post a Comment