February 28, 2012
Konqo Demokratik Respublikası - Facebook azərbaycanlılarının Azərbaycandan sonra xəyali olaraq yaşadığı ikinci dövlət.
Davamını oxu
February 25, 2012
Bu gün Azad Gənclik Təşkilatının Kino Klubu layihəsi çərçivəsində İbrahim Tatlısesin baş rol oynadığı "Yalan" filminə baxdım. Filmi bizə - gənclərə Seymur Baycan təqdim etdi, hətta, şəxsən özü seçibmiş bu filmi.
Filmə baxmamışdan əvvəl Seymur Baycan qısa fikirlərini dedi. Əsas sözlərini sona saxlamışdı.
Mənim ən çox yadımda qalan nə film oldu, nə də İbrahim. Tamaşaçılar yerlərini tutmamış hərə o yan-bu yana gedirdi. Bir də gördüm ki, biri qapqara paltardadı. Dar şalvarlı oğlan. Başında aerodrom papaq. Əlində təsbeh. Qəşəng.
İctimai sektorda heç təsbehli qaqaş görməmişdim. Deməli, insanın qaqaş, brat, Qırat, Koroğlu olması əsas deyil, əsas odur ki, ictimai fəallığın olsun. Aktivist olasan.
Nəysə.
Film bitti, Seymur bəy niyə məhz bu filmi seçdiyini izah elədi. Tanınmış yazar dedi ki, İbrahim deyib gülərək keçməyin, bu bir bonal filmdir. Bunlara da baxmaq lazımdır arada. Bu film heç bir janrda deyil. Bütün nə istəsən içində var. Bu tip filmlər bizə hind filmlərindən sonra böyük zərbə vurdu, bayağılıq gətirdi.
Davamını oxu
VII fəsil
Əgər tək ümid varsa (Uinston yenə yazırdı), o da prollara olan ümiddir.
Əgər nicat yolu varsa, onu yalnız prollardan – dövlətin arxa qapısında küllənən, Okeaniya
əhalisinin səksən beş faizini təşkil edən bu qara kütlədən gözləmək lazımdır. Yalnız onların içərisindən
Partiyanı məhv etməyə qadir qüvvə yetişə bilər. Partiyanı daxildən devirmək qeyri-mümkündür.
Partiyanın düşmənlərinin (həqiqətən də belələri varsa) nəinki bir araya gəlmək, hətta bir-birilərini
tanımaq imkanı yoxdur. Hətta əfsanəvi Qardaşlıq mövcuddursa (bu da istisna edilməməlidir!), onun
üzvlərinin iki və ya üç adamdan artıq qruplar halında toplaşmaları mümkün deyil. Onların üsyanı –
gözlərinin ifadəsi, səslərinin intonasiyasıdır. Ən yaxşı halda təsadüfi pıçıldanmış bir sözdür. Lakin
prollar hansısa bir yolla öz güclərinə inansalar, daha gizli fəaliyyətə ehtiyac qalmayacaq. Bədəninin bir
titrəyişi ilə bütün milçəkləri qovan at kimi onların da ayağa qalxıb silkələnmələri kifayətdir. Əgər
prollar istəsələr, günü sabah Partiyanın daşını daş üstündə qoymazlar. Tez, ya gec bunu mütləq başa
düçəcəklər. Amma...
Uinston bir dəfə izdihamlı küçə ilə gedərkən yüzlərlə qadın səsinin bir-birinə qarışdığı
qulaqbatırıcı qışqırıqlar eşitdiyini yadına saldı. Qışqırıq qarşı tərəfdəki döngədən gəlirdi. Ətrafa kilsə
zəngi kimi həyəcan yayan hündür və şiddətli “Oh-o-o-o-ohh” fəryadında hiddət, ümidsizlik və
dəhşətli qəzəb birləşmişdi. Həmin an Uinston həyəcandan özünə yer tapmadı. “Başlandı!” – deyə
fikirləşdi. Qiyam! Nəhayət, prollar ayağa qalxdılar! Uinston sürətli addımlarla özünü döngəyə çatdırdı.
İki, bəlkə də, üç yüz qadın bazar meydanındakı balaca dükanlardan birinin qarşısına toplaşmışdılar.
Sifətləri, batan gəminin sərnişinləri kimi yas və ələmlə dolu idi. Uinstonun gözləri qarşısında
ümidsizliyin birləşdirdiyi bu kütlə birdən-birə parçalanıb dəstələrə bölündü. Bazardakı kiçik
dükanlardan hansındasa qalay qazançalar satılırdı. Miskin görkəmli, əyri-üyrü, çürük tənəkə
parçaları.Amma adamlar növbəyə dayanmışdılar. Çünki qab-qazan tapmaq həmişə müşkül məsələ
olmuşdu. Gözlənilmədən mal qurtardı. Hər tərəfdən sıxışdırılan, itələnən sonuncu xoşbəxt alıcılar
qazançalarını sinələrinə sıxıb kütlənin arasından çıxmağa tələsirdilər. Bəxti gətirməyənlər isə dükanın
ətrafına toplaşıb qışqıra-qışqıra dükançını malı tanışlıqla satmaqda, piştaxta altında gizlətməkdə ittiham
edirdilər. Qəflətən dəhşətli çığırtı qopdu. Birinin saçı çiyinlərinə dağılmış iki şişman arvad eyni qazançanın qulplarından yapışıb hərəsi öz tərəfinə çəkirdi. Bir müddət dartışandan sonra qulp saçı
çiyninə dağılmış qadının əlində qaldı. Uinston onlara nifrətlə baxırdı. Amma az öncə bir neçə yüz
boğazdan gələn qışqırtılarda necə qorxuducu qüvvənin gizləndiyini də unutmurdu. Nədən onlar daha
böyük istək naminə toplaşıb səslərini belə yüksəltməsinlər?
Uinston fikirlərini kağıza köçürdü:
Onlar şüurlu olmayana qədər üsyan etməyəcəklər. Üsyan etməsələr isə heç vaxt şüurlu
olmayacaqlar
Corc Oruell. Seçilmiş əsərləri. Şərq-Qərb, Bakı, 2010
Davamını oxu