Marsel Prust
Abzas.net-in “20 sual”ına bu dəfə mən öz bloqumda cavab verirəm.

1. Ən sevdiyiniz söz hansıdır?

“Azərbaycan” sözü.

2. Nifrət etdiyiniz söz hansıdır?

Çox sözlər var. İndi xatırlaya bilmirəm hər hansını ki, qeyd edim.

3. Sizi nə həyəcanlandıra bilər?

İstənilən təsadüfi və qeyri-adi vəziyyət.

4. Həyəcanınızı nə öldürə bilər?

Sakitlik.

5. Hansı səsi çox sevirsiniz?

Təbiətin səsi.

6. Hansı səsə nifrət edirsiniz?

Səhər adamı yuxudan oyadan “badımcan, pomidor, xiyar” sədalarına.

7. Hansı peşə (sənət) ilə məşğul olmaq istərdiniz?

Hələ bu barədə fikirləşməmişəm.

8. Hansı fitri istedada sahib olmaq istərdiniz?

Hansısa musiqi alətində gözəl ifa bacarığım olmağı əla olardı.

9. Özünüz olmasaydınız, kim olmaq istərdiniz?

Özümün klonu:)

10. Harda yaşamaq isəyərdiniz?

Cümhuriyyət dövründəki Azərbaycanda.

11. Ən başlıca çatışmazlığınız nədir?

Bir az təmbəllikdən əziyyət çəkirəm. Fikrimdə tutduğum işləri gec həyata keçirirəm ona görə də.

12. Sizin ən çox bəyəndiyiniz pis cəhətiniz hansıdır?

Bəyəndim pis cəhətim ola bilməz axı.

13. Qəhrəmanınız kimdir?

M. Ə. Rəsulzadə və H. Əliyev

14. Çox istifadə etdiyiniz söyüş hansıdır?

Söyüşdən istifadə etməməyə çalışıram.

15. Hal-hazırki əhvalınız (ovqatınız) necədir?

Belə demək olarsa pis.

16. Həyat fəlsəfənizi hansı şüar ifadə edir?

Şüarsızlıq.

17. Xoşbəxtlik yuxunuz (xəyalınız) hansıdır?

Bakıda yolu ağ xətlərin üstündən keçənkən, maşınlar saxlayıb mənə yol verməsi.

18. Sizcə bədbəxtliyin tərifi nədir?

Axmaqlıq.

19. Necə ölmək istəyərdiniz?

Bu haqda da düşünməmişəm.

20. Ölərkən cənnətə getsəniz, Allahın qapıda sizə nə deməsini istərdiniz?

Ümid edirəm xidmətlərimizi bəyənəcəksiniz.

Bu  sualları yazıçı Marsel Prust hazırlayıb. O bu sualları cavabları ilə bir yerdə bir dəftərə yazaraq dostuna doğum günü hədiyyəsi kimi vermişdi. O zaman Marselin cəmi 13 yaşı vardı. Sonra bu suallara Prust 20 yaşında ikən bir daha cavab yazdı. 7 ildə cavablar çox az dəyişmişdi. Lakin bu suallar Prustun ölümündən sonra  tapıldı və çap edildi. Sualların indiki şəklə salınmasına isə  Bernard Pivot ve Ceyms  Lipton yardım edib.
Davamını oxu