June 06, 2013
|
Biləsuvar |
Siz dә İranda hәkimә getmәk, oradakı qiymәtlәr haqqında düşünürsünüzsә, bu yazını oxumağınız faydalı ola bilәr.
Şükürlәr olsun ki, uzun zamandır hәkimә müraciәt etmirdim. Elә oldu ki, tanışlardan İrana, daha dәqiq desәk Tәbrizә gedәn oldu, mәn dә qoşulub getdim.
Demәli, getmәyә nә lazım oldu: pasport vә 21 AZN avtobus biletinin pulu. Әvvәlcәdәn müvafiq kassadan biletinizi almaq vә göstәrilәn vaxtda avtovağzalda olmalısan. Bizim avtobus 09:00-da çıxmalı idi, lakin bir az yubandı.
Gәlәk sәrhәdә. İran bir neçә ildir Azәrbaycan Respublikasının vәtәndaşları üçün viza rejimini lәğv edib. Lakin vizasız 14 gündәn çox ölkә әrazisindә qalmağa icazә verilmir. Saat 2:00 filan olardı sәrhәdә çatdıq (Bilәsuvar rayonu). Sәrhәd mәntәqәsinin girişindәcә ilk pasport yoxlaması oldu. Sonra avtobus dayandı, hamı piyada gömrük binasına daxil oldu Bizim gömrükçülәrin işindәn razı qaldım. Gözәl vә rahat bina, işçilәrin sıra ilә bütün gedәnlәri yubandırmadan yoxlaması tәqdirәlayiqdir. Kimdәnsә rüşvәt tәlәb edildiyini vә ya başqa cür incidildiyini eşitmәdim. Daha sonra neytral zona vә İran İslam Respublikası sәrhәdi.
Davamını oxu
May 07, 2013
Bir neçә gündür mövzular başımda fırlanır, elә deyirәm bunu yazım, hә yazaram, sonda tәnbәllikdәn heç nә yazası olmuram. Bayaq twitter-dә biri "Haçan ki, Azərbaycan oğlanını qızın açıq baldır, bud və s. kimi orqanları həyəcanlandırmayacaq, onda biz bəlkə nəsə elədik millət kimi." yazdı vә bir az müzakirәlәr getdi. Deyirdilәr ki, guya sektor uşaqları mәnәviyyatsızlığı tәbliğ edir. Mәn dә yazdım ki, sektor uşaqları demir ki, kimi tutdun "qayır". Doğrudan da, sektor uşaqları deyilәn fәal gәnclәrin dediyi "azad seks" anlayışını hәlә heç hamıyagülәn-glamur-zor gәnclәrumiz dә başa düşmür deyәsәn. Әn azından belә görünür.
Azad seks anlayışı bizә, tәk bizә yox, ümumiyyәtlә, dünyaya dünyanın azad ölkәlәrindәn gәlib, yayılıb. Real vә ya virtual hәmsöhbәt olduğum çox adam "azad seks"i әxlaqsızlığın pik nöqtәsi kimi başa düşür. Mәn çox ölkә gәzmәmişәm, tәkcә Rusiyada olmuşam. Ancaq qiyabi olaraq, dünyanın yarısını sәyahәt etmişәm. Qiyabi gәzdiyim yerlәrdәn yazsam, qәrelәr deyәcәk ki, basıb-bağlıyır. Elә Rusiya tәәssüratımdan danışım. Demәli, yay vaxtı idi, qatar elә ki, Şimali Qafqazı keçib rus torpaqlarına girir, әsl Rusiyanı o zaman görürsәn. Hәr şәhәrdә azı yarım saat dayanırdıq, qatarın dayanmasından istifadә edib vağzaldakı mağazalardan özümüzә әrzaq alırdıq. Rusiyalı ruslarla ilk ünsiyyәtim dә belә şәraitdә olmuşdu.
Davamını oxu
April 10, 2013
Etibar (Salmanlı) son yazılarında deyir ki, deyirsiz mövzu yoxdu yazmağa, ölkә mövzuyla doludu. Bәy düz deyir әslindә, niyә yazmırıq? Mәn öz adıma deyim ki, vaxt çatdıra bilmirәm doğrusu. Hәqiqәtdә elәdiyim elә dә bir şey yoxdu, ama vaxt da yoxdu. 24 saat azdı vallah. Şah olsaydım, fәrman verәrdim ki, sutkanı 24 saatdan 30 saatadәk uzadaq. İrәliçilәr, yaşlı yaltaqlar da Aztv-yә çıxıb qәrarımın müdrikliyindәn dәm vurardılar. Әzizlәrim, sizlәri bir yenilikdәn vaqe etmәk istәyirım. Demәli, bundan sonra daha aktiv olacağam bloqda. Çünki başlıqdan da göründüyü kimi, bir ay olmaz ki, android әmәlliyyat sistemli ucuz telefon almışam, indicә wordpress app yüklәdim. Elә bunu da ordan yazıram. Reklam olmasın deyә telefonun adın yazmıram, maraqlansaz mәnә yazın. Hamıya uğurlar! İşıqlı gәlәcәyә doğru hәr birimizә böyük әzm dilәyirәm!
|
məzun fotolarımdan |
Davamını oxu
Bir barmağa dərman olmayıb, səhər-axşam dəxlisiz söhbətlər edənlərdən, müxalifətdən, Mirşahindən danışacağam.
Davamını oxu