ooo

...
Searching...
10/04/2013

Androidlәşmişәm

April 10, 2013
Etibar (Salmanlı) son yazılarında deyir ki, deyirsiz mövzu yoxdu yazmağa, ölkә mövzuyla doludu. Bәy düz deyir әslindә, niyә yazmırıq? Mәn öz adıma deyim ki, vaxt çatdıra bilmirәm doğrusu. Hәqiqәtdә elәdiyim elә dә bir şey yoxdu, ama vaxt da yoxdu. 24 saat azdı vallah. Şah olsaydım, fәrman verәrdim ki, sutkanı 24 saatdan 30 saatadәk uzadaq. İrәliçilәr, yaşlı yaltaqlar da Aztv-yә çıxıb qәrarımın müdrikliyindәn dәm vurardılar. Әzizlәrim, sizlәri bir yenilikdәn vaqe etmәk istәyirım. Demәli, bundan sonra daha aktiv olacağam bloqda. Çünki başlıqdan da göründüyü kimi, bir ay olmaz ki, android әmәlliyyat sistemli ucuz telefon almışam, indicә wordpress app yüklәdim. Elә bunu da ordan yazıram. Reklam olmasın deyә telefonun adın yazmıram, maraqlansaz mәnә yazın. Hamıya uğurlar! İşıqlı gәlәcәyә doğru hәr birimizә böyük әzm dilәyirәm!

məzun fotolarımdan

0 şərh:

Post a Comment