July 31, 2012
Dünən 20 yaşım oldu. İstədim nəsə bu haqda bir-iki cümlə yazım. Öz şəxsi xarabamdı da, nə istəsəm yaza bilərəm :)
Deməli 20 ildir həyatdayam. Bu illərdə tam məsuliyyətlə deyirəm kiməsə pisliyim dəyməyib, quyu qazmamışam, kiməsə qarşı əclaflıq eləməmişəm, həmişə vicdanlı insan olmağa çalışmışam. Pis yaxşı az da olsa, yaxşılığım dəyib. Bu haqda başqa yerdə danışmıram, çünki hamı - şəxsən tanıdığım əclaflar da - belə deyir deyə "yaxşı-pis" söhbətinin hörməti yoxdu.
Keçim 29 İyulda baş verən digər önəmli hadisələrə. Əsas hadisəni bilirsiz :D.
İnternetdə axtarış edib, bunları seçdim:
1881. Fransada mətbuat azadlığı haqqında qanun qəbul edilib
1883. İtalyan hərbi və siyasi xadimi Benito Mussolini anadan olub
1957. Atom Enerjisi Üzrə Beynəlxalq Agentlik (AEBA) təsis edilib
1958. NASA aerokosmik agentliyi təsis edilib
1980. Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvi Qahirədə dəfn edilib
1993. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edib
1995. Azərbaycan və Almaniya arasında maliyyə əməkdaşlığı haqqında Saziş (Layihə: qaçqınlara təcili yardım proqramı) imzalanıb
1999. Azərbaycan Respublikası Prezidenti “Dövlət gənclər siyasəti haqqında” Fərman verib
Davamını oxu
July 21, 2012
Müqəddəs Ramazan ayı başladı. Ancaq hər ilki kimi yenə də müəyyən çaşqınlıq yaratan qüvvələr var ölkədə. Bəlkə elə də böyük qəbahət saymazsınız bunu, amma yenə də özbaşınalıqdır.
Deməli, QMİ Ramazan ayının təqvimini elan edib öz saytında yerləşdirib və bəzi başqa KİV-lər o boyda Qafqaz Müsəlmanları idarəsini inkar etməyə cürət tapır.
Ölkədə hər işə baxan müəyyən idarə, təşkilat var və hərə öz sahəsinə uyğun qərarlar qəbul edəndə əhali buna riayət etməlidir. Lakin ...
[caption id="attachment_393" align="aligncenter" width="376"]
Twitter-də Deyerler.org saytının nümayəndəsi ilə söhbətim[/caption]
... hər şeyi şəkildə oxudunuz yəqin. Yəqin ki, güclü dövlətimiz müsəlmanlar tapşırılan idarəsi bu barədə nəsə tədbir görəcək.
P.S
İstifadəçinin adını göstərmədim ki, onsuz da bunun o qədər də əhəmiyyəti yoxdur. O öz fikri ilə danışmır.
Davamını oxu
July 19, 2012
[caption id="" align="alignleft" width="360"]
"Friends With Benefits" filmindən[/caption]
Xatirələrdən bəhs edəcəyəm.
Etiraf edirəm ki, uşaqlığımda indikindən daha çox televizora çox vaxt ayırırdım. İndi heç baxmıram demək olar ki.
Ən əsas Ans-in "Xəbərçi"sini qaçırmırdım. Səhər 9-da, günorta 12, sonra 3, daha sonra 6 və ən axrıncı, əsas axşam 9 xəbərlərinə diqqətlə baxırdım. Bu vərdişim son bir-iki ilədək davam etdi.
Elə uşaqlığımda daha çox filmlərə də Ans-də baxırdım. Ən çox da Hollivud filmlərini sevirdim, deyəsən hələ də sevirəm :).
Bəlkə də Hollivud filmlərini ABŞ görüntüləri varıydı deyə xoşlayırdım. O vaxtlardan haçansa Nyu-Yorku, San-Fransiskonu, Los-Ancelesi görmək arzusu yaranıb.
Adam nə qədər o filmlərə baxsa, o qədər ABŞ-ı sevir. Bəziləri deyir bu təbliğatın bir hissəsidi filan, amma təbliğatdısa da, xeyirlidir.
Gəl görüm Rusiyanı sevə bilərəm? Milyon filmə də baxsam, Rusiya beynimin cəhənnəmində öz yerini tutub artıq.
Digər tərəfdən bu ABŞ filmləri məni xəyal qırıqlığına uğratırdı çox vaxt. Mən "ağıllı uşaq" olduğuma görə yalnız məktəbə, ordan da yalnız evdən icazə verilən adamlarla görüşmək və yenidən evə rejimi ilə yaşayırdım. Doğma yurdun insanlarını, əslində acınacaqlı olan vəziyyəti az görürdüm.
Həyata dair təsəvvürlərim TV və az-az oxuduğum kitablardan ibarət idi.
Sonra illər keçdikcə gördüm ki, hər şey Amerika filmlərindəki kimi deyilmiş. Bura Absurdistandı. Mamedstan deyənlər də var.
Təkcə bir misal deyim, bitirim. Bu gün baxdığım filmdə obrazlardan biri digəri deyir: "Obamanı üz qabığına qoymağımız uğursuz olacaq. Bu yekəqulaqla kim yatmaq istəyər axı. Sənə yekəqulaq lazımdı?"
Demokratiya olan yerdə söz azadlığı da olar, deməyə söz tapılmayan milyonla büdcəsi olan film də.
Davamını oxu
Əvvəla deyim ki, bu şəxsi bloqdur, mənim bloqumdur, öz fikirlərimi yazmaq üçün yaratmışam, ona görə də "mənim fikirlərim"i görüb deməyin ki, sən kimsən ə, sənin fikrini oxuyaq. Birincisi oxuyan oxusun, oxumayan da özü bilər, ikincisi hal-hazırda ikinci cümləmi oxuyursansa deməli oxumaq qərarını vermisən, çox sağ ol.
Dünən Asim Zaxarov dostumuz bloqunda "Əsl İslam bu deyil" yazısını yayımladı. KREATİV nəsə olmasa da, özünə görə rezonans doğurdu.
Mən və din
Mən müsəlman doğulmuşam. Valideynlərim müsəlman olduğuna görə mən də istər-istəməz İslamı qəbul etməmiş filan müsəlman olmalıyam.
Mən Allaha inanıram, hər gün dua edirəm ona.
Yalnız Allaha inanıram, sonradan yaradılan qondarma "müqəddəslər"ə inanmağa özümü borclu saymıram. Məhəmməd peyğəmbərə gəldikdə isə, özünün dediyi ki, o da bizim kimi adi insan olub. Sadəcə, peyğəmbərlik vəzifəsi ona layiq görülüb.
İslamı nə qədər iyrəncləşdirsələr də, mən dinimdən imtina edən deyiləm. Çünki, bu inamı mənə heç bir molla, şallaq, mədrəsə verməyib. Belə doğulmuşam, dinimi də sevirəm.
İslamı nə qədər çox sevsəm də, digər dinlərə də o qədər hörmət edirəm. Bütün dinlər Allaha tərəf uzanır, oxunan "kitab"ın, "kitab"ın dilinin fərqi yoxdu.
Və ateistlərin də seçiminə hörmət etmək lazımdır. İslamda digər dinlərin nümayəndələri və onlar "kafir" adlandırıla bilər, amma bu demək deyil ki, onıar insan deyil. "Kafir"dirlər nədilər, əsas odur insandırlar.
Mənim ətrafımda çox da deyil, bir neçə ateist fikirli çox gözəl insanlar var. İnandırım sizi onlar klassik "mamed-musurman"lardan dəfələrlə elmli, qanacaqlı, əxlaqlı, vicdanlı adamlardır.

Hər kəsə tolerant olmaq gərəklidir. Hətta, sabah İslamı başqa bir alternativlə əvəz edəcək dostuna da. İnsan digər insanın seçiminə, fikrinə, düşüncəsinə hörmət etməlidir, məncə. Düzdür, Avropada və dünyanın bir çox yerlərində xristianlar müsəlmanlar qarşı irqçi hərəkətlər edirlər. Bunun cavabını yerindəcə vermək lazımdır, buna görə beynimizdə radikal düşüncələr yaranmamalıdır.
Sonda,
doğma azərbaycanlılarımıza gələk. Bu insan dəstəsi istənilən dini qəbul edib, istənilən vaxt ata bilər. Tarixə nəzər salsaq sözümün doğru olduğunu görəcəksən. Əgər tarixdən xəbərin yoxdursa, onda anqırma, ged kitab oxu. Mən bu kiçik ömrümdə çox eşidib, oxuyub, görmüşəm ki, müsəlman azərbaycanlı həm Quranı evində saxlayır, həm rüşvət alır, həm fahişə yanına gedir və digər oğraşlıqlarla məşğuldur, lakin dünyanın da olmasa da, öz əhatəsində ən əməli-saleh adamdı. Bitdi.
Davamını oxu
July 04, 2012

Bir neçə gündür bir dövlət idarəsinin təmirində işləyirəm. İşsiz qalmaqdansa, bu da pis deyil. Həm də bu həyatımda ilk işim oldu.
Fəhlələrin hamısı - mən istisna - bölgələrdən gələnlərdir. Məndən də hansı bölgədən olduğumu soruşandan sonra növbəti sual burda kirəyə qalmaq bərdə olur. Mən də öz növbəmdə atamın həyat hekayəsini danışıram ki, nə vaxt gəlib paytaxta, öz evimizdə yaşayırıq.
Mən artıq bilirəm ki, halal zəhmətlə, vicdanla pul qazanmaq nəyə deyilir. Çox çətindir.
Halal zəhmətlə, vicdanla qazanılan qəpik-quruş hara, vicdansız olub dövlət büdcəsini sovurub, xalqdan rüşvət alınıb qazanılan pul hara.
Adam düşünür ki, o qədər əziyyət çək bütün günü, gündəliyə hesablanan pula bax. Bundansa vicdansız olub böyük pullar qazanmaq yaxşıdı. Onsuz da indi vicdandansa, intellekt moddadı.
Söz var e, birinə qırx dəfə desən ki, dəlisən, o özünü dəli hesab edəcək. Artıq bizim ölkədə vicdansız olmaq ayıb deyil. Hamı bilir ki, qarşısındakı elədi, özü də elədi, ona görə bu mövzunu açmır. Necə ki, təcavüz Cənubi Afrika, Pakistan, Şərqi Konqo kimi ölkələrdə adi hala çevrilib.
160 işarə yazmışam artıq, amma hələ də qərar verə bilmirəm ki, vicdanlı olub aza qane olmaq yaxşıdı, yoxsa vicdansızlıq edən məmur-milyonçu?
Davamını oxu