⬇️

14/07/2012

Əvvəla deyim ki, bu şəxsi bloqdur, mənim bloqumdur, öz fikirlərimi yazmaq üçün yaratmışam, ona görə də "mənim fikirlərim"i görüb deməyin ki, sən kimsən ə, sənin fikrini oxuyaq. Birincisi oxuyan oxusun, oxumayan da özü bilər, ikincisi hal-hazırda ikinci cümləmi oxuyursansa deməli oxumaq qərarını vermisən, çox sağ ol.

Dünən Asim Zaxarov dostumuz bloqunda "Əsl İslam bu deyil" yazısını yayımladı. KREATİV nəsə olmasa da, özünə görə rezonans doğurdu.

Mən və din


Mən müsəlman doğulmuşam. Valideynlərim müsəlman olduğuna görə mən də istər-istəməz İslamı qəbul etməmiş filan müsəlman olmalıyam.

Mən Allaha inanıram, hər gün dua edirəm ona.

Yalnız Allaha inanıram, sonradan yaradılan qondarma "müqəddəslər"ə inanmağa özümü borclu saymıram. Məhəmməd peyğəmbərə gəldikdə isə, özünün dediyi ki, o da bizim kimi adi insan olub. Sadəcə, peyğəmbərlik vəzifəsi ona layiq görülüb.

İslamı nə qədər iyrəncləşdirsələr də, mən dinimdən imtina edən deyiləm. Çünki, bu inamı mənə heç bir molla, şallaq, mədrəsə verməyib. Belə doğulmuşam, dinimi də sevirəm.

İslamı nə qədər çox sevsəm də, digər dinlərə də o qədər hörmət edirəm. Bütün dinlər Allaha tərəf uzanır, oxunan "kitab"ın, "kitab"ın dilinin fərqi yoxdu.

Və ateistlərin də seçiminə hörmət etmək lazımdır. İslamda digər dinlərin nümayəndələri və onlar "kafir" adlandırıla bilər, amma bu demək deyil ki, onıar insan deyil. "Kafir"dirlər nədilər, əsas odur insandırlar.

Mənim ətrafımda çox da deyil, bir neçə ateist fikirli çox gözəl insanlar var. İnandırım sizi onlar klassik "mamed-musurman"lardan dəfələrlə elmli, qanacaqlı, əxlaqlı, vicdanlı adamlardır.


Hər kəsə tolerant olmaq gərəklidir. Hətta, sabah İslamı başqa bir alternativlə əvəz edəcək dostuna da. İnsan digər insanın seçiminə, fikrinə, düşüncəsinə hörmət etməlidir, məncə. Düzdür, Avropada və dünyanın bir çox yerlərində xristianlar müsəlmanlar qarşı irqçi hərəkətlər edirlər. Bunun cavabını yerindəcə vermək lazımdır, buna görə beynimizdə radikal düşüncələr yaranmamalıdır.

Sonda,


doğma azərbaycanlılarımıza gələk. Bu insan dəstəsi istənilən dini qəbul edib, istənilən vaxt ata bilər. Tarixə nəzər salsaq sözümün doğru olduğunu görəcəksən. Əgər tarixdən xəbərin yoxdursa, onda anqırma, ged kitab oxu. Mən bu kiçik ömrümdə çox eşidib, oxuyub, görmüşəm ki, müsəlman azərbaycanlı həm Quranı evində saxlayır, həm rüşvət alır, həm fahişə yanına gedir və digər oğraşlıqlarla məşğuldur, lakin dünyanın da olmasa da, öz əhatəsində ən əməli-saleh adamdı. Bitdi.

Post a Comment: