⬇️

04/07/2012



Bir neçə gündür bir dövlət idarəsinin təmirində işləyirəm.  İşsiz qalmaqdansa, bu da pis deyil. Həm də bu həyatımda ilk işim oldu.

Fəhlələrin hamısı - mən istisna - bölgələrdən gələnlərdir. Məndən də hansı bölgədən olduğumu soruşandan sonra növbəti sual burda kirəyə qalmaq bərdə olur. Mən də öz növbəmdə atamın həyat hekayəsini danışıram ki, nə vaxt gəlib paytaxta, öz evimizdə yaşayırıq.

Mən artıq bilirəm ki, halal zəhmətlə, vicdanla pul qazanmaq nəyə deyilir. Çox çətindir.

Halal zəhmətlə, vicdanla qazanılan qəpik-quruş hara, vicdansız olub dövlət büdcəsini sovurub, xalqdan rüşvət alınıb qazanılan pul hara.

Adam düşünür ki, o qədər əziyyət çək bütün günü, gündəliyə hesablanan pula bax. Bundansa vicdansız olub böyük pullar qazanmaq yaxşıdı. Onsuz da indi vicdandansa, intellekt moddadı.

Söz var e, birinə qırx dəfə desən ki, dəlisən, o özünü dəli hesab edəcək. Artıq bizim ölkədə vicdansız olmaq ayıb deyil. Hamı bilir ki, qarşısındakı elədi, özü də elədi, ona görə bu mövzunu açmır. Necə ki, təcavüz Cənubi Afrika, Pakistan, Şərqi Konqo kimi ölkələrdə adi hala çevrilib.

160 işarə yazmışam artıq, amma hələ də qərar verə bilmirəm ki, vicdanlı olub aza qane olmaq yaxşıdı, yoxsa vicdansızlıq edən məmur-milyonçu?

2 şərh

Sərqi Konqo dövləti nə vaxt yaranıb?)) belə dövlət var?)))

Reply

Aydaa, saytın özündə də belə yazıblar.. var Konqo respublikası var da konqo demokratik respublikası)

Reply