⬇️

HAQQımda

Foto: Rövşən Əsədov
Məcid Həsənli – 1992-ci ildə Bakı şəhərində anadan olmuşam. 2009-cu ildə Bakı şəhəri 13 nömrəli məktəbi bitirib, Bakı Slavyan Universitetinə daxil olmuşam.

2009-cu ildə və ya kompüter alan vaxtdan şəxsi bloqumu yaratdım. Elə həmin gündən ürəyimdən keçənləri bloqda yazıb, sizlərlə paylaşıram. İndiyəcən bir neçə bloq servisindən istifadə etdiyimdən, bəzi yazılar "yollarda" itib.

Hekayə yazıram deyə yazar, bloq yazıram deyə blogger sayıla bilərəm. Həm də yazılanları oxuyuram. Ona görə həm oxucu, həm də yazar və ya müəllif sayıla bilərəm.

2010-cu ildə ilk hekayəmi yazdım.

2011-ci ildə "Qırmızı" adlı hekayəm Azadlıq Radiosunun keçirdiyi “Ədəbi Azadlıq” hekayə müsabiqəsində laureat olmasa da, kitab halında çap edilən seçilmiş 50 hekayədən biri oldu. Xatırladım ki, müəlliflər tərəfindən 150 hekayə göndərilmişdi.

2012-ci ildə "Buta" adlı hekayəm IV “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin “20-liy”inə seçildi.

2015-ci ildə "Yel" adlı hekayəm Azadlıq Radiosunun mədəniyyət portalı olan oxuzali.az-da keçirilən "Ədəbi Azadlıq-2015" Müsabiqəsinin seçilmiş "20-liy"inə düşdü.

Müxtəlif saytlarda, qəzet və jurnallarda hekayə və məqalələrim dərc olunub. Əsasən redaktor kimi çalışdığım Cebhe.info saytında və "Cümhuriyət" qəzetində köşə yazılarım dərc olunub.

Post a Comment: