⬇️

19/07/2012

[caption id="" align="alignleft" width="360"] "Friends With Benefits" filmindən[/caption]

Xatirələrdən bəhs edəcəyəm.

Etiraf edirəm ki, uşaqlığımda indikindən daha çox televizora çox vaxt ayırırdım. İndi heç baxmıram demək olar ki.

Ən əsas Ans-in "Xəbərçi"sini qaçırmırdım. Səhər 9-da, günorta 12, sonra 3, daha sonra 6 və ən axrıncı, əsas axşam 9 xəbərlərinə diqqətlə baxırdım. Bu vərdişim son bir-iki ilədək davam etdi.

Elə uşaqlığımda daha çox filmlərə də Ans-də baxırdım. Ən çox da Hollivud filmlərini sevirdim, deyəsən hələ də sevirəm :).

Bəlkə də Hollivud filmlərini ABŞ görüntüləri varıydı deyə xoşlayırdım. O vaxtlardan haçansa Nyu-Yorku, San-Fransiskonu, Los-Ancelesi görmək arzusu yaranıb.

Adam nə qədər o filmlərə baxsa, o qədər ABŞ-ı sevir. Bəziləri deyir bu təbliğatın bir hissəsidi filan, amma təbliğatdısa da, xeyirlidir.

Gəl görüm Rusiyanı sevə bilərəm? Milyon filmə də baxsam, Rusiya beynimin cəhənnəmində öz yerini tutub artıq.

Digər tərəfdən bu ABŞ filmləri məni xəyal qırıqlığına uğratırdı çox vaxt. Mən "ağıllı uşaq" olduğuma görə yalnız məktəbə, ordan da yalnız evdən icazə verilən adamlarla görüşmək və yenidən evə rejimi ilə yaşayırdım. Doğma yurdun insanlarını, əslində acınacaqlı olan vəziyyəti az görürdüm.

Həyata dair təsəvvürlərim TV və az-az oxuduğum kitablardan ibarət idi.

Sonra illər keçdikcə gördüm ki, hər şey Amerika filmlərindəki kimi deyilmiş. Bura Absurdistandı. Mamedstan deyənlər də var.

Təkcə bir misal deyim, bitirim. Bu gün baxdığım filmdə obrazlardan biri digəri deyir: "Obamanı üz qabığına qoymağımız uğursuz olacaq. Bu yekəqulaqla kim yatmaq istəyər axı. Sənə yekəqulaq lazımdı?"

Demokratiya olan yerdə söz azadlığı da olar, deməyə söz tapılmayan milyonla büdcəsi olan film də.

Post a Comment: