⬇️

06/06/2013

Biləsuvar
Siz dә İranda hәkimә getmәk, oradakı qiymәtlәr haqqında düşünürsünüzsә, bu yazını oxumağınız faydalı ola bilәr.

Şükürlәr olsun ki, uzun zamandır hәkimә müraciәt etmirdim. Elә oldu ki, tanışlardan İrana, daha dәqiq desәk Tәbrizә gedәn oldu, mәn dә qoşulub getdim.

Demәli, getmәyә nә lazım oldu: pasport vә 21 AZN avtobus biletinin pulu. Әvvәlcәdәn müvafiq kassadan biletinizi almaq vә göstәrilәn vaxtda avtovağzalda olmalısan. Bizim avtobus 09:00-da çıxmalı idi, lakin bir az yubandı.

Gәlәk sәrhәdә. İran bir neçә ildir Azәrbaycan Respublikasının vәtәndaşları üçün viza rejimini lәğv edib. Lakin vizasız 14 gündәn çox ölkә әrazisindә qalmağa icazә verilmir. Saat 2:00 filan olardı sәrhәdә çatdıq (Bilәsuvar rayonu). Sәrhәd mәntәqәsinin girişindәcә ilk pasport yoxlaması oldu. Sonra avtobus dayandı, hamı piyada gömrük binasına daxil oldu  Bizim gömrükçülәrin işindәn razı qaldım. Gözәl vә rahat bina, işçilәrin sıra ilә bütün gedәnlәri yubandırmadan yoxlaması tәqdirәlayiqdir. Kimdәnsә rüşvәt tәlәb edildiyini vә ya başqa cür incidildiyini eşitmәdim. Daha sonra neytral zona vә İran İslam Respublikası sәrhәdi.


Sәliqәsiz, natәmiz dar yolla gәlib balaca gömrük binasına çatırıq. Yalan olmasın, hәr metrdә yazıb yapışdırıblar ki, qadınlar başlarını bağlasınlar. Bir dә "çәkiliş qәdәğәndi" yazısı gözümә dәydi. İbadәtgah kimi gah sağa, gah da sola dönüb son mәrhәlәyә çatanda gördüm ki, nә qәdәr insan nğvbәdәdir. Hamı şәfa tapmaq üçün İrana gedir. Sәhәr avtovağzalda bizimki ilә birlikdә beş avtobus saymışdım. Hәlә taksi ilә, öz maşını ilә gәlәnlәr dә var idi. Biz qabağa irәlilәdikcә arxamızca insanların sayı yenә dә artırdı. Sıra mәdәniyyәtimiz olmadığını bir daha gördüm. Әsasәn dә, cәnnәti tapdalayan analarımız ara-sıra bir addım önә keçmәk uğrunda mübahisә edirdilәr. Dörd saat bu sırada gözlәmәli olduq. Nәhayәt, sәnәdlәşmәlәri tam qurtarıb Tәbrizә yol aldıq. Avtobus Bakıdan çıxandan bәri bir dәfә Salyanda bir yemәkxanada
dayanmışdı, bir dә İran әrazisindә Meşkindә dayandı.

Avtobusda bәzi adamların savadsızlığına görә utandım. Özü dә gәnclәr idi. Birinci dәfә gedirdilәr deyә әvvәl gedib-gәlәnlәrlә söhbәt edәndә savadsızlıqları üzә çıxırdı. Gәlәcәyimiz gәnclәr Azәrbaycan tarixini bilmirlәr, bu idmançıların Tarixi Azәrbaycandan heç bir mәlumatı yox idi. Tәәccüblәnirlәr ki, necә olur İranda insanlar bizim dilimizdә danışırlar?

Saat 00:00-da Tәbrizdә avtobusdan düşdük. Düşәn kimi taksilәr tәrpәnmәyә imkan vermir. Bizi dә biri qapıb apardı. Qalacağımız otelәcәn aparmağa 4 AZN pul istәdi, biz dә razı olduq. Amma әvvәl gәlәnlәrdәn öyrәnmişdik ki, 2 AZN bәs edir taksiyә. Biz dә tәlәb edirdik ki, iki manat olmalıdı necә var :). Otelәdәk sürücü ilә söhbәt elәdim. And-aman edirdi ki, qiymәtin qalxmasında onun günahı yoxdu. Qabağımızdakı maşının tәkәrlәrini göstәrib dedi ki, bizim ölkә hәtta o şinlәri dә pzü buraxır, vәziyyәt pisdi, inflyasiya sürәtlidir. Sürücüdәn bәzi vacib mәlumatlar da öyrәndim. Demәk, taksi sürücülәrinin çoxu Vahid adlı hәkimlә razılaşıb ki, Bakılılardan kimi razı salıb gәtirsәk, bizi dә görәrsәn. Loru dillә desәm faizә işlәyirlәr. Bizim sürücü dedi ki, nә badә o hәkimin yanına gedәsiz, yaxşı deyil. Әlavә etdi ki, ümumiyyәtlә, Tәbrizdә hәkim çoxdu, pisi dә var, yaxşısı da. Yeri gәlmişkәn, Tәbrizdә Şimali Azәrbaycanın hansı bölgәsindәn gәlursiz gәlin, sizi "bakılı" bilirlәr.

00:30-da gәlib çatdıq otelә. Firdovse küçәsindә yerlәşәn Asayesh adlı bu oteli heç kimә mәslәhәt görmürәm. Keyfiyyәtsiz xidmәt, müştәrilәrlә kobud rәftar vә sair nә mәnfi cәhәt desәn deyә bilәrәm. Bir sözlә, hara gedirsiz gedin, bura gәlmәyin. Çünki, hirslәnib qatilә çevrilmәk ehtimalınız var.

Tәbrizdә otellәrin qiymәti bir üçün 3-4 manatdan başlayır. Gәlmәmişdәn әvvәl TripAdvisor, booking.com vә sair otellәr haqqında mәlumat ala bilәcәyiniz saytlara baxın. İstifadәçilәrin şәrhlәrindә hansı daha çox tәriflәnir onda qalın. Mәnim vaxtım olmadı deyә bu ağlıma gәlmәdi. Evә qayıdandan sonra Asayesh hotel haqqında fikirlәrimi yazmaq istәyirdim, gördüm otellәrin sayı azdı, bu "unutulmaz" otelin adı isә tamamilә yoxdu.

Sәhәr tezdәn otelә yaxın idi deyә piyada hәkimә getdik. Daha doğrusu, hәkimlәrә. Hәkimlәrin yerlәşdiyi "Şәhrivar xiyabanı" adlanan küçәnin sağı da, solu da tibb xidmәtlәri, tibbi lәvazimat mağazalarıdır. Hәmin küçәdә bircә gözәgәlimlu, gözәl hündürmәrtәbәli bina var, onun da adını "Azәrbaycan" qoyublar. Әgәr tanımasanız "Azәrbaycan" binasının yerini soruşa-soruşa gecin, mütlәq şәfalı küçәni tapacaqsınız. 1-ci gün qan analizi verdim vә bizim pulla 48azn xәrcim çıxdı. Sonra analizin nәticәsini götürüb hәkim yanına getdik. Mәslәhәtli hәkim kimi elә hәmin küçәdә fәaliyyәt göstәrәn doktor Qoqani adlı hәkimә üz tutduq. Hәkim analiz nәticәsinә baxıb dedi ki, hәr şey qaydasındadır. Hәkimin qәbuluna yazılmağın qiymәti 7azn-dir. Xatırladım ki, bütün yerlәrdә İran pulu ilә yanaşı bizim manat da qәbul olunur.

Post a Comment: