Şirzad(ın) kafesi
Şirzadın kafesi |
Mən də Şirzad kafesi və ya Şirzadın kafesi deyilən yeraltı kafedən yazmağı qərara aldım. Mən Şirzad haqqında çoxdan eşitmişdim, amma görməmişdim. Eşitmişdim ki, Azərbaycanın bütün qaymaqlarını oradan tapmaq olar. AYO-lı AYB-li ədəbiyyatımızın nümayəndələrini isə daha çox. Mən təsəvvürümdə buranı qəribə bir yer kimi canlandırırdım. İlk dəfə Şirzadın kafesinə gələndə gördüm ki, Feysbukdakı bütün aktivistlər, inqilabçılar hamısı burdadı. Bloqlarını oxuduğum Zaur Qurbanlını, Etibar Salmanlını da bu kafedə görmüşəm. Ancaq onlar məni görməyib, çünki həmişə içəridə oluram:D. Hələ yazıçı Seymur Baycanı, şair Kəramət Böyükçölü demirəm. Onlar da Şirzadı ofisə çeviriblər :).
Şirzad(ın) kafesi haqqında cümlələrə müasir Azərbaycan ədəbiyyatının nümunələrində rast gəlmək olar. Seymur Baycanın nəsrində, Aqşin Yeniseyin nəzmində əsas da. Aqşin Yeniseyin 2005-ci ildə nəşr olunan "sizin eradan əvvəl" kitabının 125-ci səhifəsində belə bir şeir var:
Şirzadın zirzəmidə yerləşən kafesində görüş
Ey mənim şair dostum, xoş gördük
Otur bir az araq içək
Quran oxuyaq
Nəşə dolduraq..
Bu gecə çox pis yuxular görmüşəm
Əngindəki dişlər töküldüyündən
Çörəyi qabaq dişləri ilə çeynəyən
iyrənc ağızlı qoca görmüşəm
Bilirsənmi şair, dişlər haram tikə yeməkdən yox
Kasıbçılıqdan tökülür, kasıbçılıqdan
Həyətinin və həyatının o biri başında
ayaqyolu qazan
Tərli kəndli görmüşəm yuxuda….
Otur şair, otur qurban olum sənə
On minlərlə insanı ağzında ət qutabı
çeynəyə-çeynəyə
Güllələtdirən Pinoçet
Bu gün sadəcə ev dustağıdır..
Bizim xoşbəxtlik adlandırdığımız təklik
Başqaları üçün cəza növüdür, şair
Otur, otur cəhənnəm olsun Pinoçet
Yaşamaq deyilən şey soyutma yumurtalar
Alaçiy çörək
Bir də bu tut arağıdır
Otur şair
Bir həqiqət süfrəsi açacağam sənə
Sənə qəzetçi dostumun öz anasından
zəhləsi getməsindən
Danışacağam
O özünü doğma anasına deyil
Yatdığı qəhbəyə borclu bilir
Heç vaxt ərə getməyəcəyinə
Və uşaq doğmayacağına söz verən
Şairanə bir qadına
Otur şair, mənə fikir vermə
Mən ağlayanda hicab altındakı arvad kimi
Gözümün müzüyünü tökmürəm
Mən ağlayanda eşşək kimi ağlayıram
Evdə gəzişirəm, qolumdakı saatı açıb
divara çırpıram
Zəng vurub sevdiyim qadını söyürəm
Kitabları təpikləyirəm
Şəkilləri yandırıram
Hiss edirəm ki, evdəki bütün əşyalar məndən qorxur
Bu hiss mənə ləzzət verir….
Qəzetçi dostuma yazığım gəlir şair
onun anasını sikim!
Mən ağlayanda küçədən yağış səsi gəlir
Uşaq vaxtı qurbağaları öldürəndə
Arvadlar bizə deyirdi ki,
Qurbağaları öldürəndə yağış yağır
Mən ağlayanda elə bilirəm uşaqlar
qurbağa öldürüblər
Uşaqlar qurbağalar…. qurbağalar…. ölümlər….
….qurbağalar….
Mənə fikir vermə şair
Otur bir az araq içək
Quran oxuyaq
Nəşə dolduraq….
Otur bir az araq içək
Quran oxuyaq
Nəşə dolduraq..
Bu gecə çox pis yuxular görmüşəm
Əngindəki dişlər töküldüyündən
Çörəyi qabaq dişləri ilə çeynəyən
iyrənc ağızlı qoca görmüşəm
Bilirsənmi şair, dişlər haram tikə yeməkdən yox
Kasıbçılıqdan tökülür, kasıbçılıqdan
Həyətinin və həyatının o biri başında
ayaqyolu qazan
Tərli kəndli görmüşəm yuxuda….
Otur şair, otur qurban olum sənə
On minlərlə insanı ağzında ət qutabı
çeynəyə-çeynəyə
Güllələtdirən Pinoçet
Bu gün sadəcə ev dustağıdır..
Bizim xoşbəxtlik adlandırdığımız təklik
Başqaları üçün cəza növüdür, şair
Otur, otur cəhənnəm olsun Pinoçet
Yaşamaq deyilən şey soyutma yumurtalar
Alaçiy çörək
Bir də bu tut arağıdır
Otur şair
Bir həqiqət süfrəsi açacağam sənə
Sənə qəzetçi dostumun öz anasından
zəhləsi getməsindən
Danışacağam
O özünü doğma anasına deyil
Yatdığı qəhbəyə borclu bilir
Heç vaxt ərə getməyəcəyinə
Və uşaq doğmayacağına söz verən
Şairanə bir qadına
Otur şair, mənə fikir vermə
Mən ağlayanda hicab altındakı arvad kimi
Gözümün müzüyünü tökmürəm
Mən ağlayanda eşşək kimi ağlayıram
Evdə gəzişirəm, qolumdakı saatı açıb
divara çırpıram
Zəng vurub sevdiyim qadını söyürəm
Kitabları təpikləyirəm
Şəkilləri yandırıram
Hiss edirəm ki, evdəki bütün əşyalar məndən qorxur
Bu hiss mənə ləzzət verir….
Qəzetçi dostuma yazığım gəlir şair
onun anasını sikim!
Mən ağlayanda küçədən yağış səsi gəlir
Uşaq vaxtı qurbağaları öldürəndə
Arvadlar bizə deyirdi ki,
Qurbağaları öldürəndə yağış yağır
Mən ağlayanda elə bilirəm uşaqlar
qurbağa öldürüblər
Uşaqlar qurbağalar…. qurbağalar…. ölümlər….
….qurbağalar….
Mənə fikir vermə şair
Otur bir az araq içək
Quran oxuyaq
Nəşə dolduraq….
A. Yenisey
fotolar Kulis.az-dan götürülüb
Post a Comment: