⬇️

02/03/2012


Quba


Dünənki hadisələr hamı kimi məni də sevindirdi. Özüm də əslən Qubalıyam.


Bunu hərə bir cür adlandırdı, üsyan, etiraz, mitinq və sair, v. i. Axır ki, Azərbaycanda idarəçilikdən bezən əhali etiraza qalxdı, azad fikrin bildirdi. Çox gözəl. 


Amma maraqlısı odur ki, camaat etirazı səbəb nə rüşvətxorluq, nə yerlibazlıq, nə qanunsuzluqlar deyil, sadəcə, təhqirdir. 


Deməli, bu camaat işini rüşvətlə görməyə, həkimə gedəndə cibinə pul qoymağa, məktəbin vaxt keçirmək, hələ üstəgəl "8 Mart keçirmək" yeri olduğuna, dərsi repetitordan öyrənməyə öyrəşib, artıq qanlarına işləyib.


Və Emin Milli. Bu insanın kim olduğunu yazmağa ehtiyac yoxdur, məncə.


Emin Milli nə deyir? Nə demək istəyir? 


Emin Millinin çoxdan fikri var ki, sosial şəbəkələr vasitəsilə Azərbaycan insanını şəbəkələşdirsin, eyni fikirdə olanlarla ortaq iş görsün.


Hələlik Azərbaycanda bunu yalnız Qubalılar edə bildi. Hər şey YouTube-a qoyulan bir video ilə başladı və sonda icra başçısı "getdi". 


Emin Milli də Quba baharını görüb, həvəsə gəlib. Lakin, bir iş görməyən, bir işin qulpundan yapışa bilməyən bəzi adamlar durublar bu təşəbbüsü lağa qoymağa. A bala, bacarırsan elə, bacarmırsansa sadəcə sus.


Emin Millinin bu dəqiqə hər cür imkanı var ki, çoxlarının arzusunda olduğu ölkələrdə yaşasın. Ancaq o öz ölkəsini atmır, mübarizə aparmaq istəyir. Ağlı yoxdu da.


 

Post a Comment: