⬇️

23/06/2012


  • Gələcəyə, yaxud keçmişə - fikrin azad pərvaz etdiyi, insanların bir-birindən seçildiyi, tənha yaşamadığı, həqiqətənin həqiqət kimi dərk edildiyi, var olanların heçliyə çevrilmədiyi dövrə - Tənhalar, yalqızlar dövründən, Böyük Qardaş və ikifikirlilik epoxasından - salamlar!

  • İndi, artıq ölü olduğunu biləndən sonra, bacardığı qədər çox yaşamağa çalışmalı idi.

  • Keçmişə hökm edən gələcəyə də hökm edir. Bu günə hökm edən keçmişə də hökm edir.

  • Bilə-bilə bilməmək, həqiqətə tam sahib olduğun halda, məharətlə uydurulmuş yalanlara rəvac vermək, biri digərini istisna edən iki fikrin tam zidd olduqlarını anladığın halda, onların ikisinə də tərəfdar çıxmaq, məntiqi məntiqlə öldürmək, əxlaqdan danışıb əxlaqı məhv etmək, demokratiyanın qeyri-mümkünlüyünə inanmaq və Partiyanın demokratiyanın keşiyində dayandığını söyləmək, unudulması zəruri sayılanı unutmaq, ehtiyac duyulanda isə onu yenidən yaddaşda canlandırmaq və təkrar yaddaşdan qoparıb atmaq, ən başlıcası isə eyni bir prosesi həmin prosesin özünə tətbiq etmək...

  • Haradasa, naməlum məkanda bütün işlərə rəhbərlik edən beyin mərkəzi məxfi şəkildə fəaliyyət göstərirdi. Bu mərkəz keçmiş irsin hansı hissəsini məhv etməklə bağlı siyasi xətti hazırlayır, görülən işləri əlaqələndirirdi.

  • İnanclı adam fikirlşmir. Onun fikirləşməyə, ümumiyyətlə, ehtiyacı yoxdur. İnanclı olmaq şüursuz olmaq deməkdir.

  • Teleekrandan hələ də statistika nağılı eşidilirdi. Ötən illə müqayisədə ərzaq, paltar, mənzil, mebel, qazança, istilik, gəmi, helikopter, kitab, yeni doğulan körpələr - hjər şey artmışdı. Xəstəliklər, cinayətlər, ruhi pozuntular isə qat-qat azalmışdı. Dəqiqəbədəqiqə, ilbəil hər kəs və hər şey sürətlə, gurultu ilə inkişaf edirdi.

  • "Əgər tək ümid varsa, o da prollara olan ümiddir". Bu fikirdən bərk yapışmaq lazımdır. Əlbəttə, onu sözlə ifadə edəndə güclü səslənir, ümid yeri saydığın adamlara yaxından baxanda isə belə fikrə düşməyin özü qəhrəmanlıq kimi görünür.

  • Onlar kişiyi görən, böyüyün isə fərqinə vara bilməyən qarışqalara bənzəyirlər.


Post a Comment: