⬇️

27/11/2012

İndicə bir xəbər gördüm "Azərbaycanda bir ayın əsgəri xəstəlikdən ölüb".
"Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev APA-ya faktı təsdiqləyib. O, qeyd edib ki, əsgər ağciyər və ürək-damar çatışmazlığından vəfat edib. "

Sözün həqiqi mənasında qorxuya düşdüm. İnşallah, əgər ölməyib qalsam, - bu əsasən Nəqliyyat Nazirliyindən asılıdır - 2013-cü ildə əsgərliyə gedəcəyəm. Mən nə bilim ki, mənim də aqibətim belə olmayacaq?

Deyə bilərsiniz ki, get özünü yoxlatdır ki, biləsən nəyin var, nəyin yox. Qəti olaraq deyirəm ki, mən gecə-gündüz Allaha dua edirəm ki, məni həkimə göndərməsin. Çünki, hər kəs bilir tibb sistemimiz nə gündədi, yaxşı həkimlərin xaricə qaçdığını. Bunu birdə uzun-uzadı sadalamaq istəmirəm.

Demək gəlib çatacaq vaxt, gedəcəyəm hərbi həkim yoxlamasına, hər hansı bir xəstəliyim olacaq, lakin onlar bilməyəcək və ya bilib deməyəcək, nəticədə bir aydan sonra öləcəyəm. Belə.

Bu ölkənin yiyəsi var?

Post a Comment: