ooo

...
Searching...
29/09/2015

Facebook-da dostluq qaydaları

September 29, 2015
şəkil: mashable.com
Son günlər facebook-da məni dostlar siyahısına əlavə etmək istəyən insanların sayı artıb. Bunun ölkəmizin iqtisadi və sair şeylərdə inkişafı ilə heç bir əlaqəsi yoxdur.

Mən də qərara gəldim ki, belə bir yazı - post yazım ki, dostluq göndərməzdən əvvəl bunu oxusunlar, sonra qərarlarını qətiləşdirsinlər. Dostluq siyahımda olan köhnə dostlarım da oxusa, sevinərəm. Bəlkə oxuyub məni siləcəklər elə. Ola bilər də. Həyatdı.

Əvvəla, olmazlar

mənim profilimdə söyüş, təhqirdən istifadə etmək olmaz;

məni mənə aid olmayan heç bir paylaşıma tag etmək olmaz (əgər nəyəsə dəstək olmağımı istəyirsinizsə, inbox-a yazın, xəbərim olsun);

LGTB-yə - les, gey, trans, bi - münasibətim normaldı, onlar da insandı, özü də kiməsə ziyanları dəymir, siz onlara dəyməsəz bir qırağa çəkilib öz aralarında sevişəcəklər. Mənə bir ziyanları yoxdu, öz həyatlarıdır, nə edirlər etsinlər. Yəni, haçansa, bu tipli nəsə yazanda, paylaşanda ağzınıza gələni yazacaqsızsa, indidən dost olmayaq;

milliyətcə türkəm, həm də Azərbaycan xalqının bir üzvü olaraq azərbaycanlıyam. Kimsə millətimə, xalqıma hörnət etmirsə, mənə nə hörmət qoyacaq?

dinə gəldikdə, bütün dini baxışlara hörmət edirəm. Ona görə də, heç kimin dini baxışının aşağılamağa icazə verə bilmərəm. Təkcə, acığım gələn din adı ilə xarici dövlətlərin cəsusluğunu edən adamlardı. Məndən sizə yar olmaz (özləri bildilər);

olar

məni mədənicə qrupa ata, oyun dəvəti göndərə bilərsiz. Ancaq gündə uzağı 1 dəfə. Çox olanda adam bezir;

hər hansı bir xeyriyyə işi üçün nəyisə bəyənə, paylaşa bilərəm.

Hələlik, bu qədər. Yenə əlavəm olsa, dəyişiklik edəcəm. Sizin də əgər bir məsləhətiniz varsa, şərh yaza bilərsiniz.

0 şərh:

Post a Comment