⬇️

15/10/2015

Sosial media artıq elə bir hala gəlib ki, dünya sakinlərinin bəlkə də hamısı bundan istifadə edir. 

Heç olmasa, hər adamın facebook hesabı olmamış olmaz. 

Smartfon istifadəçilərində əlavə olaraq, Instagram da var. 

Bəs sizdə olub ki, facebook və ya twitter hesabınızda örtük (cover) şəklinizi elə seçmək istəmisiniz ki, el dili ilə desək tam üstünə otursun?
Facebook örtük şəklinin ölçüsü nə qədərdir?

Twitter profil, örtük şəklinin ölçüsü nə qədərdir?

Mən də dünən bir şəkli dediyim qaydada twitter hesabımda örtük şəkli etmək istədim, lakin ölçüləri bilmirdim deyə alınmırdı. Sonra internetdə bir az axtarış apardım və özümə lazım olan məlumatı tapdım. Tapdıqlarım içində bu gözəl infoqrafikanı isə, sizinlə paylaşmaq qərarına gəldim.




2 şərh

Təşəkkürlər!
P.S. Sosial şəbəkələrin adları da verilsəydi əla olardı. Bəzilərini tanımaq çətin ola bilər tanış olmayan oxucu üçün.

Reply

bizim istifadəçilərə əsas facebook lazım olur, sonra bəlkə twitter. onları da postun axtarış sözləri yerinə yazmışam ki, axtaranda tapa bilsinlər.

Reply