⬇️

29/01/2016

şəkil: uludagsozluk.com
Biri cinayət törətir. 3 il 6 ay həbs cəzası alır, 3 aydan sonra azadlığa buraxılır. 

Belə ölkədə yaşadığımız hər bir gün üçün şükür etməliyik.

Bir də var haqsızlığa qarşı mübarizə aparan insanlar.

Bir də onlara gülən, heç vaxt haqsızlığın onlara zərər yetirməyəcəyini ümid  edərək yaşayanlar.

Bu ikincilər elə bilirlər hər şey belə davam edəcək, onlara kimsə toxunmayacaq. Kimsə toxunmasa da, haqsızlıq özü şəxsən bu adamları vuracaq. 

Buna çoxlu misal çəkmək olar. Haqsızlığın aparıcı qüvvəsi olan o qədər insan gördük ki. Həmin adamlar ki, elə bu haqsızlıqdakı qanunsuzluğun qurbanı oldu.

Bu adamlar mübarizə aparanlara gülür, rişxənd edir. Ta ki, bir gün özləri ədalətsizliyə məruz qalanadək.

Bunlara bir sözüm var ki, əgər əlindən bir iş gəlmirsə, onda dilini qoy ağzına sakit dayan.

Bu tip adamlar əsasən o kəslərdir ki, işlətdikləri fəhlənin pulunu kəsib özlərinə xərcləyirlər. Qanunsuzluqdan istifadə edib haqsızlıq edirlər. Əsasən də, pis çıxmasın, Allah adamı olurlar. Vicdanın nə olduğunu bilməzlər. 

Burada ola bilər ki, yenə o "müəllim"lərdən kimsə oxuyub deyər ki, ə ged işinlə məşğul ol. Ay "müəllim, öz bloqumdu - xarabamdı, yazmışam. Mənim media orqanım yoxdu, olan-olmaz bir bloqum var, sözümü daxili senzuramdan keçirib bura yaza bilərəm hər halda. Burda yazıb like yığıb ona-buna saydırmıram. 

Fikirlərim dağınıqdırsa, üzrlü sayın. Mənim redaktorum yoxdur. 

Post a Comment: