ooo

...
Searching...
22/05/2016

#Bakcell müştərilərin pulunu hara sovurur?

May 22, 2016

Bu günlərdə 6 ildir istifadə etdiyim "cin" nömrəmi telefondan çıxarıb qoydum bir qırağa.

Niyə? Çünki artıq neçənci dəfə idi ki, balansa yüklədiyim pul öz-özünə ya göyə sovrulurdu, ya da buxarlanır və ya qeybə çəkilirdi. Ancaq inanmıram nə vaxtsa, geri gələcək. 

Sosial şəbəkələrdə "Bakcell"dən çox adamın şikayətlərini oxuyurdum, öz başıma gəlməyənədək məsələnin mahiyyətini hiss etmirdim.

Deməli, nömrəm 1 saatı 7 qəpik olan tarifdədir. Sonuncu dəfə 2 manat pul yüklədim və ən sonuncu dəfə zəng etmək istəyəndə bildim ki, balansım boşdur. 

Yığdığım nömrələrə baxıram, pul yükləyən vaxtdan cəmi 8 dəfə zəng etmişəm. Bu da 8x7=56 qəpik edir (0.56 AzN). 

Ancaq 200 qəpik və ya 2 manat balansım hara gedib, bu sirr olaraq qalır. 

Ümid edirəm, şirkət belə mənfi halların qarşısını alıb müştərilərini məmnun edər ki, daha çox abunəçi itirməsin. 

Məcid Həsənli

0 şərh:

Post a Comment