Yol
Həyatda hər insanın bir yolu olur. Bir yol dediyim həmişə eyni cığırla gedmir. Keçmişdə kommunist, sonra cəbhəçi, sonda yapçı olanlar da çoxdur.
Necə ki, bəzi gənclər necə dəyişib inkişaf ediblər. Keçmişə küçə avarası olan sonradan kitab oxuyub normal gəncə çevrilib. Ya da qatı dindar ateist olub. İnsan bir qəlibdə qalsa, çürüyər. Daim dəyişib inkişaf edir. Bu yəqin ki, belə də olmalıdı.
Ancaq məndə fərqlidi. Məktəbdə oxuyanda "tərbiyəsiz uşaqlar" adlandırılan dəstəyə qoşulmadım.
Hərçənd ki, hamıyla normal, yaxşı münasibətim varıydı. Amma onlara qoşulmadımsa gərək ali məktəbə girəndə prezident təqaüdçüsü olardım. Lakin heç bir zad olmadım. Yuxarı siniflərdə artıq mən özümü qəlibə salınmış hiss elirdim. "Bu ağıllı uşaqdı", "Heç kimə qoşulan deyil." Çox müəllim dəsr soruşmamış babat qiymətlər yazırdılar. Nəticədə, ortabab balla istəmədiyim yerə girdim. Ona görə də, ali təhsil də ala bilmədim. Diplom aldım, o ayrı məsələ.
Sıxıla-sıxıla gəlib bu günlərə çıxdım. Deyəsən, yenə sıxıntıdayam. Özümü sıxıram, qıraqdan sıxılıram. Tam sözümü, nə etmək istədiyimi ifadə edə bilmirəm. Hər zamanın da öz səbəbləri olur.
Post a Comment: