⬇️

15/03/2018


Rusiyada Azərbaycan dövlətinə qarşı qüvvələrin təşkilatlanması, internetdə təbliğat aparmaları çoxdan məlum idi. Rusiya kimi hər şeyin hökumətin nəzarətində olduğu ölkədə bu işlərin də "yuxarı"ların icazəsi olmadan görülməsi qeyri-mümkündür.

Bugünlərdə Google-da məlumat axtarırdım. Təsadüfən Rusiyanın Azərbaycandakı səfirliyinin saytına rast gəldim. Sayta daxil olub mətni tam oxuyanda təəccübləndim. 

Səfirliyin saytının "Azərbaycanda həmvətənlərin təşkilatları" bölümündə "Azərbaycanda Rusiya soydaşları haqqında" başlığı ilə yazılan mətnin 1-ci abzasında belə yazılıb: 

"2009-ci il siyahıyaalınmasına görə Azərbaycanda təxminən 119 min nəfər etnik rus yaşayır (əhalinin 1,5%). Əslən Rusiyadan olmalarını Dağıstan xalqlarının nümayəndələri hesab edir: ləzgilər – 180 mindən artıq (2%, sayca ikinci etnik qrup) və avarlar – 50 min (0,6%). Tatar əhalisinin sayı 26 min nəfər təşkil edir (0,3%)."

Etnik rusların Rusiyanın özününkü sayması normal haldır. Bəs, ləzgilər, avarlar, tatarlar niyə rusiyalı olur? Özü də, həmin xalqların boynuna qoyublar: "Əslən Rusiyadan olmalarını Dağıstan xalqlarının nümayəndələri hesab edir."

Ümid edirəm ilk öncə adları qeyd olunan milli azlıqlar səfirliyin bu qeydinə öz münasibətlərini bildirəcək, daha sonra isə Azərbaycan dövlətinin rəsmi qurumları öz etiraz mövqeyini ortaya qoyacaq.




Məcid Həsənli

Post a Comment: