⬇️

23/10/2011



Bizim camaatda adətdi. Həmişə STV-nin ağlamalı verilişlərinə baxıb deyirlər ki, hanı e Allah, niyə görmür bizdəki əclaflıqları, qanunsuzluqları. Noldu elə biri bir günah eliyən kimi səhərisi gün cəzasını alır. Düzü, mən də o insanlar qrupuna aid idim. Amma sonralar fikrim dəyişikliyə uğradı.

Elə yaxın günlərdəki hadisələrə nəzər salaq. İllərin hakimləri devrildilər. O ölkələrdə də günahlar işlənirdi. Sonda ədalət bərqərar oldu. Günahkarlar cəzasını aldı.

40 illik Qəddafini kanalizasiya borusundan çıxarıb küçədə sürüdülər. Və şərəfsizcəsinə öldü.

İndi yaxşı fikirləşin, Allah yoxdu deyib özünüzə günah qazanmayın. Hansısa icra başçısı sizin "toçka"nızı əlinizdən alırsa, o dəqiqə ateist olub, ümidinizi üzməyin.

Allah var, sadəcə 6 milyard insana eyni vaxtda nəzər salmaq olmur. Ola bilər ki, sizin işiniz 40 ilə qəbula düşsün :)

Post a Comment: