⬇️

28/10/2011

11romantic-rain-cards

Bakıda yağış yağır və şəhər ölür. Məncə, saymağa ehtiyac yoxdu problemləri. Onsuz da, Hacıbala müəllim bunu oxumayacaq.

Bəziləri var ki, bu yağışlarda romantika axtarır, facebook-da gic-gic statuslar yazırlar.
11yagis-yagir

Elə bil ki, bunlar göylə gəzirlər, bunların küçələrində kanalizasiya quyuları işləyir

Elə bil ki, bunların işləri əla gedir

Elə bil ki, bunlara 1000 azn maaş verirlər

Elə bil ki, bunları xüsusi vətəndaş elan ediblər

Elə bil ki, bunlarda hər şey superdi, heç bir problemləri yoxdur

Elə bil ki, bunlardan ... nə isə...

Kitab oxumayan xalq!

Post a Comment: