⬇️

28/12/2011


Ateist

Mən Allaha inanıram. Təkcə Allaha. Bilirəm ki, Allah var, dünyanı idarə edir. Amma bəzən insanda ateistvari düşüncələr meydana gəlir.


Biz bilirik ki, Müqəddəs Quranda yazılıb ki, Allah ədaləti bərpa edən, günahkarları cəzalandırandır. Ancaq ki, elə çox da uzağa getmiyək İrana, Koreyaya filan, ətrafımıza nəzər salaq.


Görəcəyik ki, nə qədər günah işlədən, başqa insanlara ziyan vuran, hər cür əclaflıqlar edən, xalq arasında işlədilən ifadəyə uyğun "özünü axrıncı yola qoyanlar" var.


Bəs hanı bunların cəzası? Cəzasızlıq nə qədər hökm sürər?


Adamlar var ki, vicdansızlıq, namussuzluq, qeyrətsizlik edib özlərinə gün ağlayırlar, öz ailələrini yerbəyer edirlər.


Günah işlətməyin də fərqi var. Bir var içki içir, fahişəliklə məşğuldu və ya intihar edir. Bunlar başqa məsələ. Bu tip günahları insan özü-özünə edir və özündən başqa kiməsə ziyan çəkdirtmir.


Bir də var ki, başqasının namusuna, puluna, mülkünə göz dikir, digər insanların həyatını bərbad günə qoyur, kiminsə cibinə nəşə atıb tutdurur, qazı gecənin yarısı bağlayıb-açıb partlayış edir. Bu günahları edən hərəsinə aid peşəkar günahkarlar mövcuddur.


Bəs Allah niyə bunların cəzasını vermir? Axı məzlumların yalnız ümidi Onadır, qalan bütün instansiyalardan ümidlərini kəsiblər.


Bayaq TV-ə baxıram, "qaz" səlahiyyətlisi deyir ki, Allah ölənlərə rəhmət eləsin, lakin olanlara biz cavabdeh deyilik. 

1 şərh :

Allah pis insanları cəzalandırmır. Bəzən yaxşı insanlara isə bütün həyatı boyu acı çəkdirir. Bunların hamısı bir sınaqdır. Sən də bilirsən ki, bu dünya gəldi-gedərdir. Əbədi olan ölümdən sonrakı həyatdır. Bu dünyada əziyyət çəkib şükür edənlər əbədi həyatda hüzur içində olacaqlar. Və o zaman bu çəkdikləri əziyyətlər yadlarına belə düşməyəcək. Amma bu dünyada kef çəkənlər, başqalarının haqqını yeyənlər - o biri dünyada cəhənnəmə vasil olacaqlar. Bəs şeytan nə üçün var? - İnsanların əsl kimliyini üzə çıxarmaq üçün. Pislər var ki, yaxşıların dəyərini bilək. və sənin gördüyün, susa bilmədiyin haqsızlıqların pərdə arxasında çox şey var. Allah səbrli insanları sevir. Sən də səbr elə. Əlindən gələn qədər çata bildiyin dardakı insanlara kömək et və onlara əl tut, böyük problemlərin isə dərdini sən çəkmə. Unutma,Allah hər şeyi görür və bu gün kimsə günahsız yerə ölürsə, ona görə təəssüflənmə. Allah çox sevdiyi insanları öz yanına tez aparır...

Reply