⬇️

11/12/2011


Ball


Bayaqdan facebook-a, twitter-ə diqqət edirəm, hamı "barsa", "madrid" filan yazır. Mən bu insanları anlaya bilmirəm də dünyanın o başındakı klublara necə azarkeşlik edirlər də.


Dizimizin dibində "Neftçi" və sair klublar qala-qala, nə var uzaq İspaniyada? Başa düşürəm bəziləri topaza görə baxır ki, bəlkə pul qazandılar. Amma digərləri bəs?


Bu qədər iş-gücün, referatların, 5 qəpik artımın, problemlərin içində elə "Barsa"mız çatmırdı ancaq :).


Yenə Türkiyə olsa, dərd yarı. İspaniya hara, Azərbaycan hara. Şəxsi fikrimdi, məndə şəxsən heç bir maraq oyatmır bu və buna bənzər başqa oyunlar. Ancaq mənim üçün öz Millimiz maraqlıdı, o da marağımı soxur yerə çox vaxt. 

1 şərh :

salam barsasenin hayraninim

Reply