ooo

...
Searching...
19/05/2012

#Eurovision və satılmayan biletlər

May 19, 2012


Sabah Eurovision mahnı yarışının açılışı olacaq. Ancaq hələ də bütün biletlər satılmayıb.

Dövlətimiz bu müsabiqənin keçirilməsi üçün rekord məbləğdə - deyilənlərə görə 1 milyard manata yaxın pul xərcləyib.  Hər şey öz qaydasındadı.

Bircə biletlər problem yaradır. Deməli, 26 Mayda olacaq müsabiqənin finalının biletləri tam satılıb. Lakin yarımfinalların biletlərindən satılmayanlar var.

Buna görə də biletləri məcburi satışa keçiblər. Xəbər saytlarında yazılanlara görə bələdiyyələrə, orta məktəblərə, universitetlərə müəyyən sayda biletlər verilib ki, mütləq alın bunu, dövlətimizin üzün ağ edin. Ayıbdı!

Mənim bu yazını yazmaqda məqsədim var.

Gəlin dövlətimizi üzüqara etməyək. Görün nə günə qalıblar ki, maaşlardan tutub bilet planın doldururlar.

Hərəmiz könüllü olaraq, ən azı bir bilet alaq. Nolar ki, nəyimizisə satıb 150 azn xeyriyyə məqsədilə verək getsin. Papağımızı qabağımıza qoyub yaxşı-yaxşı düşünək. Dövlət bizim üçün çox işlər görüb. Bu dəfə də biz dəstəyimizi əsirgəməyək.

3 şərh:

  1. Biletleri universtetlerde pulsuz paylayirlar...

    ReplyDelete
  2. mən də istirəm. təşkil edin də :)

    ReplyDelete
  3. :)))) lol, cox acinacaqlidir... hec ele bir turist axini da yoxdur mence

    ReplyDelete