⬇️

12/10/2012


Gözümü açandan dünyanın müsəlmanlara düşmən münasibət göstərdiyini görmüşəm. 

Faktdır ki, İslam dünyanın hər yerində qarşısıalınmaz sürətlə yayılır. Digər dinlər belə yayılmır. Hətta, xristian missionerlər belə pul və başqa maddiyat qarşılığında öz dinlərini İslam qədər yaya bilmir. Bunu görən bəzi Qərb dairələri, müxtəlif institutlar müsəlmanların hisslərini sınağa çəkmək üçün tədbirlər fikirləşirlər. ABŞ-da bir neçə dəfə Qurani-Kərimin yandırılması və sonuncu da müsəlmanları təhqir edən filmin çəkilməsi bunu deməyə əsas verir. Elə bil kimlərəsə maraqlıdır ki, İslamı qəbul edənlər aşağılansın, təhqir edilsin və nəticələrə baxıb öz məqsədləri üçün istifadə etsinlər. Dünya müsəlmanlarının filmə reaksiyası isə çox kəskin oldu. Onsuz da bu əvvəlcədən bilinirdi ki, belə olacaq. Günahsız diplomatlar öldü. Film çəkmək istəyinin belə pis nəticələr doğurduğunu görən Amerika hökuməti, hiddətlənmiş müsəlmanların qəzəbindən qorumaq üçün prodüseri həbs etdirdi. Rejissor isə, harasa qaçıb, ya da bilə-bilə gizlədilib.

Keçək bizim öz hicab məsələmizə. Təhsil Nazirliyi (TN) iddia edir ki, azyaşlı qızların məktəbə hicabla gəlməsi yolverilməzdir. Niyə? Onlar hələ balacadır, böyüyəndə istəsələr taxa bilərlər. Həqiqətən də, TN bir çox Türkiyə universitetlərindən fərqli olaraq, ali məktəblərdə hicaba qadağa qoymayıb. Düşünmək olar ki, TN-nin mövqeyi doğrudur. Dünyəvi ölkədə dini geyim nədir? Lakin bir şeyi də deyim ki, əgər xristianlar və ya yəhudilərin dini simvollarla orta məktəbə getmək arzusu olsaydı, inanmıram nazirlik buna qarşı olardı.

Biz dünyəvi sistemli dövlətdə yaşayırıq axı. Hər bir vətəndaş öz dininin tələblərinə uyğun geyinməlidir. Əlbəttə, bu da məcburi deyil. Amma konstitusiyamızda yazılmış “insan hüquqları” deyilən hüquqlarımız olduğundan, kiməsə nəyisə geyinib-geyinməməyi təzyiq etmək olmaz. Kim istəyər “şortik” geyinər, kim istəyər hicab taxar. Buna görə də, məncə, əhalinin böyük hissəsi olan müsəlmanlara hicab qadağası qoyulmamalıdır. Hər halda bizim müqəddəs kitabımız hicabı məsləhət görür.

Və son aksiya. Bizim hicab tərəfdarı olan insanlarımız. Onlar istəklərini düzgün ifadə etmədilər.

Bəs bizim kimi dünyəvi dövlət quran müsəlmanlarla geridəqalmış asiyalı müsəlmanların fərqi qalmadı? Əllərinə taxta, dəmir götürüb polisin üzərinə hücum etdilər. Bu mənzərəyə də ən çox sevinən xarici qüvvələr oldu yenə. Axı biz belə vəhşi deyilik. Biz bəyəm liviyalıyıq? Polis zəif olsaydı, bəlkə basıb girərdilər nazirliyin binasına. Bəlkə də işçilərdən bir neçəsini edam edərdilər.

Bəli. İslamı qəbul etmiş hər bir adam şəriət əsasında yaşamağı özünə vacib saya bilər. Lakin bu müasir yaşayışa uyğunlaşdırılmalıdı. Yoxsa ki, Səudiyyə Ərəbistanındakı kimi qılıncla baş kəsmək dövrü deyil indi. Hicab tərəfdarları ilə TN arasında məsələyə ortaq məxrəc tapılmalıdır. Hər iki tərəf özlüyündə haqlıdır. Bir tərəf deyir müsəlmanın qızı hicablı olmalıdır, digəri deyir yox, qızlar böyüyüb özləri qərar verməlidir ki, hicabdan istifadə edək, ya yox.

Radikaltəhər aksiya keçirməklə heç nəyə nail olmaq olmaz. Pakistanda, Misirdə, Liviyada, Əfqanıstanda və daha başqa müsəlman ölkələrində mənasız bir filmə görə o qədər yeri yıxıb dağıtdılar, hay-haray. Əvəzində nə oldu? Ziyanı öz ölkələrinə vurdular, xaric də onları bir vəhşi kimi təqdim etdi. Dünyanın İslama olan mənfi baxışını məhkəmlətməyə xidmət etdi.

Düşünüb hərəkət etmək lazımdır, qardaşlar!

3 şərh

Gözəl yazıdır, insan hüquqları məsələsini düzgün vurğulamısan və Hicab məsələsinədə insan hüquqları aspektindən baxsaq TN düzgün qərar verib yəni hicab uşaqlara zorla geyindirilirki buda insan hüquqlarının pozulmasıdır

Reply

ama onlar da deyir dinimizin əmridi bu

Reply

Fikrimce TN yanlish hereket edir, cunki bashi aciq gezmeyi de yehudilerin geyim terzi olaraq goturmek olar.Biz dunyevi dovletde yashayiriq,dini qeyri-muselmanliq olan dovletde yox.sherqliler helede dunyeviliyin ne olduqunu basha dushe bilmiyib . . .

Reply