⬇️

18/08/2015

Hər il yayda bütün "sandığ"ımı həyətə boşaltıb günəşləndirirəm. Bu yay da bir az geciksə də, yenə "xəzinə"mi gün üzünə çıxardım. Köhnə qəzetlər, jurnallar, açıqçalar, bloknotlar, kitablar.

Hər dəfə bu şeyləri eşələyəndə nəyisə yeni kəşf edirəm, sanki, ilk dəfə görürəm. Bəzən də, tapdığım qəzeti, jurnalı lazım olan vaxt tapa bilməməyimə təəssüfləndim. 

"Alma" qəzetinin 28 dekabr 2008-ci il sayı arxivim içində ən maraqlı tapıntım oldu. Günel Mövludun, Turxan Qarışqanın və indi itib-batan o vaxtın oxunaqlı müəlliflərinin köşələrinı bir də oxudum.

Deməli, qəzet kolleksiyam 1999-cu ildən başlayır. Onda 7 yaşım var idi. Saxladığım sonuncu qəzetlər 2009-cu ilə aiddir. Ondan sorakilər ancaq futbol çempionatlarına aid xüsusi buraxılışlardır.

Qəzetlərimdən "Şəkər villası", "Tumurcuq" ən köhnələridir. Həmin arada çıxan "Futbol+", "Çempion" qəzetlərini də, saxlamışam. Saxlamışam deyəndə ki, əlbəttə bütün nömrələr deyil. Ancaq hər qəzetdən müəyyən sayda qalıb indiyədək. Çünki, bundan öncəki illərdə hər dəfə bir qəzet, jurnal və ya başqa bir əşya gözümə çox köhnəlmiş görünüb atmışam. 

Jurnallardan söz açım. Bunların içində ilk nömrəsi ilə səs-küy yaradan "Hesabat", "İstiot" və həmin vaxtlarda çıxan başqa jurnallar var. Hətta, Aztv-nin çap etdiyi jurnalın ilk nömrəsi də var. Türkcə jurnalları da unutmamaq lazımdı. Həmin jurnallara - dərgilərə görə dostum Abdurrahmana minnətdaram. Çünki, o hədiyyə edib hamısını. Müxtəlif illərdə nəşr edilmiş tarix mövzusunda dərgilərdi. 

Açıqçaları da, çox saxlamaq fikrim yoxdu. Dəyərli dostlara yazıb verəcəm imkan düşdükcə.

Qabağıma çıxdıqca, bəzi şeyləri telefonla çəkdim, çəkdiklərimə də izah vermişəm hər şəkildə. Ancaq hər şeyi də çəkməyə səbrim çatmazdı onsuz da. Çünki, elə bu postu hazırlamaq iki günə başa gəldi. 
"Alma" qəzeti
Qarışqa
ReAl
Dövrün məhbusları
Rəhmətlik Vaqif Səmədoğlu MKM-in təqdimatında yazmışdı
MKM haqqında fikirlərim. Cəlil Cavanşirə təşəkkürlər
"Zaman" qəzetinin 20 Yanvar haqqında xüsusi buraxılışı
"Xalq" qəzetinin 1995-ci il saylarından biri
Bu telefonu xatırlayırsız?

Ad günü təbriki

Günel Mövlud

Burada Azərbaycanın bütün türk-müsəlman hökmdarları sıralanıb, xəritədə isə, onların tutduqları ərazilər



Post a Comment: