⬇️

30/08/2015

Azərbaycanlılarla alış-veriş etmək həmişə təhlükəli olub. Dədə-babadan eşitmişik ki, bazarda tərəzilərin çoxu səhv çəkir, yanacaqdoldurma məntəqələrinin bəziləri benzinə başqa mayelər qatır və sair və ilaxır.

Kaymu.az internet mağazasının facebook reklamlarından tanımışam. Tez-tez gözümüzə girən reklamlarda ucuz mallar təklif olunur, adamda maraq oyadırdılar.

Mən də, günlərin bir günü bu reklamlardan birinə vurdum və iki köynəyi bir yerdə endirimli qiymətlə aldım.

Qəribəliklər də, bundan sonra başlandı. Sifarişim 10 günə yaxın müddətdə çatdırıldı. Ancaq köynəklər sifariş etidiym ölçüdə deyildi. Buna görə də, saytın sağ aşağı küncündəki əlaqə qutusuna və satıcıya məktub qutusuna şikayətimi yazdım ki, bəs, sifariş etdiyim mal düzgün gəlməyib, ölçü yanlışdır.


Mən hələ cavab gözləməyimdə olum, Kaymu da e-poçtuma dalbadal məktublar göndərir ki, sən də satıcı ol, sat, qazan, filan, peşməkan. Beləliklə, satıcı olmağa müraciət etdim, bir ikinci əl kitabı satış üçün təklif etdim. Kitabım əvvəlcə qəbul olundu, sonra imtina edildi. Nəysə, məsələ bu deyil.


Elə satıcı olduğum vaxtı haradan ağlıma gəldisə, "Hesabım"a girdim, oradan da, "Qiymətləndirmələr"dəki "Verilmiş yorum"a. Gördüm ki, mənim aldığım mal üçün mənim əvəzimə satıcıya təşəkkür edilib, üstəgəl, satışa tərifli "Rəy" verilib. Ola bilər ki, əlim dəyib, çaşıb 5 ulduz verə bilərəm, ancaq bu rəy tamam ağ olub.

Mən burda bunlardan cavab gözləyirəm ki, malı dəyişsinlər, bunlar da mənim əvəzimə "ulduz" qoyub tərifli fikir yazıblar.

Bundan sonra, yenidən şikayət etdim. Bu dəfə Kaymu-nun facebook səhifəsinə yazdım. İndi baxıram ki, məndən əvvəl və sonra yazanlara cavab verilib, ancaq mənim yazdığıma əhəmiyyət verməyiblər.

Belə olmaz, cənablar, xanımlar. Bu etdiyinizin heç bir izahı ola bilməz. Əgər varsa, buyurun, mənə cavab verin.


Məcid Həsənli

Post a Comment: