⬇️

08/01/2016

şəkil: fins.az

"Bank Respublika" bağlanır. Bu gün bu başlıqla xəbər gördüm. Açdım xəbəri, gördüm ki, yazılıb bankın hansısa rayondakı filialı bağlanacaq. Başlığı görüb qorxdum ki, deyəsən həqiqətən bağlanıb.

Çünki mən də "Bank Respublika" müştərisiyəm. Bir neçə gün əvvəl "Milli Ön" və "E-manat" vasitəsilə hesabıma pul əlavə etmək istədim alınmadı. Əvvəlcə elə bildim aparat xarabdı, ona görə ətrafdakı bütün obyektləri gəzdim. Hər gün təkrar elədim. Hətta, yanvarın 5-i gözlədim ki, rəsmi iş günü düzələr bəlkə. Ancaq düzələn bir şey olmadı.

Sonrakı bir neçə günü də bankla əlaqə saxlamağa cəhd etdim. Rəsmi saytdan götürdüyüm nömrələrə zəng edirəm, çağırışıma heç kim cavab vermir. Saytda mənimlə əlaqə yarat qutusuna yazdım, oradan da bir səs çıxmadı. Bunlarla məşğulkən Facebook səhifələrinin divarına da yazdım ki, telefonu götürün.

Nəticə belədi ki, bu bank həqiqətən bağlanmasa da, bağlanmaq üzrədir, deyəsən. Ya da müştəri zad saya salan yoxdur.

Məcid Həsənli

2 şərh

elmanın bankıdı o əşi hara bağlanır? o bankın hamıdan əvvəl xəbəri olur ki devalvasiya nəvaxt olacaq

Reply

ümid elirəm bağlanmaz

Reply