Etiraf edirəm ki...
Etiraf edirəm:
- Bəzən nəyisə etiraf eləməyə utanıram, həyəcandan titrəmə tutur;
- İlk dəfə xarici ölkədə olarkən düşünürdüm ki, gələn kimi YAP-ın üzvi olacağam;
- Qızlara heç marağım yoxdu. Gey deyiləm, ama Robinzon kimi keçini tutub əhliləşdirməkdənsə, üçdən beşdən verib hazır keçi alaram;
- Monarxiya tərəfdarıyam. İstərdim ki, min yeyəndənsə, bir yeyən olsun, təki demokratiya görək;
- 2009-dan Facebook-da hesab açıb, amma işlətmirdim ki, hamı ordadı gözdən düşüb. bir də 2010-un yayında ilk statusu yazdım;
- Qəddafi öləndən sonra facebook-da yenə də "Qəddafiçilik"lə məşğul olanlara deməyə sözüm yoxdu.
- Bütün cinsi oriyentasiyalara qarşı tolerantam. Onlar da insandı;
- rus saytlarından istifadə etməməyə çalışıram. Ən azından düşmənə belə zərər verə bilərəm məncə;
- Xalqımın mənliksiz olması, bütün olanlara baxmayaraq, yenə də rus-erməni sevgisinin olması məni azərbaycanlı olduğuma peşman edir;
- Azərbaycanı sevirəm, Bakını isə yox;
- Ən çox Türk olmağımla təsəlli tapıram, çünki Azərbaycanda başqa təsəlliverici heç nə yoxdu;
- Özüm özümə bundan sonra İrana qarşı heç nə yazmamağa söz verdim. Çünki, İrana qarşı bir söz yazanda, axmaq fars mollaları fitva filan verir, burda da kimin səndən xoşu gəlmirsə vurub öldürür, iş də qalır İranın üstünə;
- Qız olsaydım evdə qalardım, bu "Oğuz igidləri" yalnız dişi eşşəklərə layiqdir :D ;
- Həmişə blog post yazanda, əvvəldən tweet edirəm ki, yazıram gözləyin;
- Blogger deyəndə ağlıma gələn ilk sözlər Adnan və Emin olurdu, sonradan Turxan, Etibar və başqa bir neçə söz də əlavələndi;
- Kitabdan çox bloq oxuyuram. Lakin hamını yox bəzi bloqçuları. Adlarını desəm, qorxuram ki, sonra məni saymazlar birdən :) .
Nə isə... Məncə, bu qədər etiraf yetər. Əslində çox etiraflar var e, ancaq indilik bu qədər. Özdə bu yazını yazandan sonra oxumamış public edəcəyəm, korrektəsiz. Bu tag ənənəsinə uyğun Ülvi və Nərmin Həsənli, Ziya Zamanlı, İlqar Abbas da öz etirafları etsin, oxuyaq.
Davamını oxu