⬇️
18/05/2017
Buta (hekayə)
May 18, 2017
Hekayələrim,
![]() |
| Buta |
Bazar günü
idi. Yatağımdan qalxıb pəncərənin qarşısında dayandım. Böyük pəncərədən düşən günəş, şüalarını üzümə vurduqca, elə bil mənə oyan deyirdi. Bir neçə dəqiqə günəşin möhtəşəmliyindən həzz ala-ala, gecə oxuduğum kitabdakı fikirlər beynimi məşğul edirdi: “Onlar şüurlu olmayana qədər üsyan etməyəcəklər. Üsyan etməsələr isə heç vaxt şüurlu olmayacaqlar.”
Davamını oxu
27/04/2017
Mövludsuz 40 gün
April 27, 2017
Digər saytlarda,
Mövlud Mövlud,
yazı,
Məcid Həsənli
Gənc yazar Mövlud Mövludu mən sadəcə Mövlud kimi tanıyırdım.
Yazıçılığından əvvəl mənim üçün gözəl insan idi Mövlud.
Davamını oxu
31/10/2016
Unudulan Vətən - Kərkük
October 31, 2016
Digər saytlarda,
Köşələrim,
yazı,
Tarixi Azərbaycan şəhəri - Kərkük. Hazırda Türkmən eli adlandırılan bölgənin mərkəzi şəhərinin üzərində son günlər müxtəlif hadisələr cərəyan edir. Türkmənlər - Azərbaycan türklərinin özbəöz qandaşları bu qarışıqlıqda sözün həqiqi mənasında yetim qalıb. Nə böyük qardaş Türkiyə, nə də Azərbaycandan heç bir yardım, dəstək göstərilmir.
Türkmənlər Türkiyədən çox Azərbaycana yaxındır. Azərbaycan türkü ilə Kərkük, Mosul, Ərbildə yaşayan türkün dili tamamilə eynidir. Hətta, Türkiyə türkcəsi ilə Azərbaycan türkcəsindən daha yaxındır. Uman yerdən küsərlər deyiblər. Ona görə də İraq Türkmən Cəbhəsinin lideri Ərşad Salehi deyir ki, Azərbaycan bizi atıb. Hal-hazırda qarışıq vəziyyət hökm sürən İraqda müəyyən kürd qruplarına koalisiya qüvvələri, şiələrə İran, sünnilərə digər ərəb dövlətləri yardımlarını əsirgəmir. Əlbəttə, İran yardım adı ilə türkmənlər arasında da təfriqə salıb, milləti şiə-sünni parçalanmasına məcbur etmək istəyir.
Hər kəsə məlumdur ki, Türkiyə Suriyada müxalif qruplara hər cür yardım göstərir. Şimali İraqda kürd hərbçilərinə təlimlər keçir. Amma qeyri-müəyyən səbəblərdən öz millətindən olan türkmənləri unudub. Türkiyənin bu vaxtacan etdiyi yardımlar danılmazdır, lakin belə çətin vaxtda türkmənləri köməksiz vəziyyətdə qoyması anlaşılan deyil. Ola bilsin hansısa siyasətə öz qardaşlarını qurban verir.
Azərbaycan ərazisinin 20%-i işğal altındadır. Arxasında böyük güc olan düşmənlə bacarmaqda çox çətinlik çətir. Belə bir zamanda Kərkükə hərbi yardım göstərə bilməməsi başadüşüləndir. Ancaq maliyyə yardımı göstərmək elə də çətin deyil. Hər halda Azərbaycanla heç bir kök bağlılığı olmayan ölkələr üçün milyonlarla dollarlarla ölçülən yardımlar, məktəb tikintiləri, muzey təmirləri edilir.
Türkmən lider Ərşad Salehinin son müsahibəsindəki bəzi fikirlərə nəzər salaq. Bu fikirlərdən bəzilərini öz tvitter hesabında da ayrıca yazıb.
"Oyun içinde oyuna maruz kalan Türkmen bölgelerinin planını herkes biliyor ama çözüm için her kes sessiz ve "Bende de imkaniyet bu kader" der gibiler. Kerkükte oyun içinde oyun. PKK, YPG, PYD ve IŞİD; bunların Kerkükte bulunması size bir şey ifade etmiyor mu?
Can Azerbaycan, nerdesin nerde? Benim dedemin mezarı, 1918ten beri senin yanındadır. Türk coğrafyası birdir."
"Türkiye de bizi bırakıp. Azerbaycan ise, özellikle, bıraktı, sahip çıkmadı. Defalarca Azerbaycan hükumetine seslendim ki, burada senin halkın var. Baküdeki Türk, Kerkükteki Türk gibi konuşuyor, hiçbir farkımız yok. Irak Türkmenlerinin başkanı olarak, beni bir kere olsun o taraflara davet etmedi. Tüm Azerbaycan halkımıza selamlar gönderiyorum."
Gördüyümüz kimi, türkmənlərin Azərbaycandan istədiyi heç də maddi dəstək deyil. İlk öncə mənəvi dayaq istəyirlər. Dövlət olaraq, bəlkə hansısa qüvvələrdən qorxumuz var, ancaq ziyalılar, cəmiyyətdə az-çox söz, hörmət sahibləri niyə susur? Niyə öz etiraz səslərini ucaltmırlar?
Ölüm-dirim mübarizəsi aparan, ətrafı çoxsaylı düşmənlə mühasirədə olan dili dilimizdən, kökümüz bir türkmənlərə indi dəstək olmasaq, nə vaxt sahib çıxacağıq? Hər şeyi "yuxarıdan" gözləmək olmaz. Sən əgər özünü xüsusi fərd sayırsansa, öz qardaşlarına dəstək sözünü deməlisən, yazmalısan. İndi onların TIR-larla ərzağa yox, ən əvvəl mənəvi dəstəyə ehtiyacları var. Heç olmasa əmin olsunlar ki, Azərbaycan cəmiyyəti öz həmvətənini unutmayıb. İndi bunun tam zamanıdır.
Məcid Həsənli
24/10/2016
Yol
October 24, 2016
yazı,
Həyatda hər insanın bir yolu olur. Bir yol dediyim həmişə eyni cığırla gedmir. Keçmişdə kommunist, sonra cəbhəçi, sonda yapçı olanlar da çoxdur.
Necə ki, bəzi gənclər necə dəyişib inkişaf ediblər. Keçmişə küçə avarası olan sonradan kitab oxuyub normal gəncə çevrilib. Ya da qatı dindar ateist olub. İnsan bir qəlibdə qalsa, çürüyər. Daim dəyişib inkişaf edir. Bu yəqin ki, belə də olmalıdı.
Ancaq məndə fərqlidi. Məktəbdə oxuyanda "tərbiyəsiz uşaqlar" adlandırılan dəstəyə qoşulmadım.
Hərçənd ki, hamıyla normal, yaxşı münasibətim varıydı. Amma onlara qoşulmadımsa gərək ali məktəbə girəndə prezident təqaüdçüsü olardım. Lakin heç bir zad olmadım. Yuxarı siniflərdə artıq mən özümü qəlibə salınmış hiss elirdim. "Bu ağıllı uşaqdı", "Heç kimə qoşulan deyil." Çox müəllim dəsr soruşmamış babat qiymətlər yazırdılar. Nəticədə, ortabab balla istəmədiyim yerə girdim. Ona görə də, ali təhsil də ala bilmədim. Diplom aldım, o ayrı məsələ.
Sıxıla-sıxıla gəlib bu günlərə çıxdım. Deyəsən, yenə sıxıntıdayam. Özümü sıxıram, qıraqdan sıxılıram. Tam sözümü, nə etmək istədiyimi ifadə edə bilmirəm. Hər zamanın da öz səbəbləri olur.
Subscribe to:
Posts (Atom)
Designed By: Blogger Templates | Templatelib