⬇️

01/11/2011


Azerbaycan-bayraq


Biz müharibə şəraitində yaşayırıq.


Amma sülh vəziyyətində. Ancaq niyəsə hər gün əsgərlərimiz ölür. Lakin buna bir etiraz edən yoxdur.


Səbəb kimi əsgərin xəstə olduğunu, avtomobilin qəza törətdiyini və sairləri saymaq olar. Axı yenə də bunlara məsuliyyət daşıyan kimsə olmalıdır da.


Son günlərdə əsgəri ermənidən başqa hər şey vurur: Gün vurur,ildırım,şaxta vurur,əsgər yoldaşı vurur,təkər vurur,elektrik,xəstəlik vurur!


Belə olmaz axı. Axı ölənlərin hər biri Azərbaycan vətəndaşı, Azərbaycan oğludu.


Deyə bilərlər ki, başqa ölkələrdə bundan da çox ölüm halı olur, biz Qafqazda ən az əsgəri olan ölkəyik, MDB-də əsgər ölümü sürətlə azalan ölkəyik filan.


Dəxli yoxdu. Dünyasını dəyişənlərin hər biri həmvətənimizdir, soydaşımızdır.


Ölən bəzi əsgərlər hətta bir neçə günün əsgərləriydi. Deməli, xəstə ola-ola xidmətə yollanıblarmış. 


Camaat olmayan yerdən xəstəlik yaradıb əsgərlikdən yayınır, amma bəzilərini xəstə halda yararlı kimi yazırlar.


Nəysə e... Mən yazanacan 89-cu əsgər də öldü. Başımız sağ olsun!

Post a Comment: