⬇️

08/11/2011



14970328


Ölkəmizdə güclü ailə institutu olduğu hər kəsə bəllidir. Çox gözəl. Amma burada da boşluqlar və qəribəliklər var bir az.  

Ölkədə nikah məsələlərini Azərbaycan Respublikasının Ailə Məcəlləsi tənzim edir. Məcəllədə nikah yaşı kişilər ucun 18, qadınlar üçün 17 yaş müəyyən olunub. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Bu o deməkdir ki, bizim ölkədə 16-17 yaşlıların ailə qurmaq hüququnu qanun tanıyır. Deməli, qanunla hər şey qaydasındadı həmişəki kimi. 

İndi məsələyə mentalitet, adət-ənənə, dədə-baba qaydaları gözüylə baxaq. Deməli, qızlar evlənənə qədər bakirə qalmalıdır, oğlanlar özü bilər. Hansısa qız evlənənə qədər cinsi-əlaqədə olsa, əxlaqsızdı. Hansısa oğlan isə bomba oğlandı.

Tibbi cəhətən də insanlar öz istəklərini təmin etməlidir. Həkimlər deyir.

Bunlar aydındı.

Mətbuatda, televiziyada gec evlənmək təbliğ olunur, hələ qanunu da dəyişmək təklif olunur ki, yaş həddi qaldırılsın. Avropadakı kimi. Amma Avropada mentalitet yoxdu axı. Orada bakirə olmaq filan şərt qoyulmur axı məncə. Əgər Avropalı olmaq istəyirsinizsə, tam Avropalı olun. Yoxsa ki, gec evlən, özü də əxlaqlı qal. (?)

Nəticə

Düşünmək olar ki, adi azərbaycanlı bu qədər haqq-hesabdan baş çıxara bilməz. 

Bəzi bölgələr TV-də danışanları saymayıb 16 yaşa çatmamış evlənirlər yenə də.

Post a Comment: