⬇️

30/01/2012

Bloq

 Bloq yazmaq mövzusunda məncə ilk ağılda tutulması lazım olan şey sabitlik. Nizamlı bir bloq yazarı vaxtkeçdikcə özünü və bloqunu inkişaf etdirəcək, inkişaf etdirmək məcburiyyətində hiss edəcək. Təbii ki, bəzi nöqtələrə diqqət yetirmək bloqlardan alınacaq səmərəni artıra bilər.

 

 Bunların bir qisimini  Dan Taylorun yazısında tapa bilərsiniz. Mən də bunları köçürüb üzərinə bir neçəəlavə edib, sizlərdən də məsləhət almaq istəyirəm.

 

1. Özünüzü izah edin: Dan Taylorun  ilk diqqət çəkdiyi detal kim olduğunuzu və nə iş etdiyinizi izah etməniz. Şəxsi bloq yazırsınızsa sosial şəbəkə profilləriniz bu işi görə bilər  amma qısaca özünüzü tanıtmanızda fayda var.

İş və ya şirkət bloqlarında isə bu şərh daha əhatəli, amma çox uzun olmamalı. Təşəbbüskarların “haqqımızda” səhifəsində özlərini tanıtması da diqqətə alınması lazım olan bir detal olmalı.

2. Abunəlik:Əgər bloqunuzun interfeysi kifayət qədər yaxşıdırsa bloqunuzun ən möhkəm oxucuları birbaşa gələn ziyarətçilər ola bilər. Ancaq yenə də RSS izləyicilərinizlə rəqabət apara bilməz. RSS abunəliyinin yanına e-poçt abunəliyini dəəlavə etmək lazım ancaq e-poçt üzərində məzmun oxuma nisbəti üçün zamin ola bilmərəm.  Bunun yerinə istifadəçilərinizi sosial şəbəkə hesablarınıza istiqamətləndirə bilərsiniz.

3. İctimai paylaşma: Günümüzün internet dünyasında istifadəçilər arası qarşılıqlı təsiri bloqunuzun xaricinə daşıyacaq sosial şəbəkələr var. Bunun ən güclü nümunəsi də Twitter. Sosial şəbəkələri bloqunuz üçün aktiv olaraq istifadə etməniz sizə gözləmədiyiniz şəkildə kömək edə bilər. Təbii sosial şəbəkələrdə gələn reaksiyalara da açıq olmanız lazımdır. Müxtəlif paylaşma variantları ilə istifadəçilərinizin işini asanlaşdırmağı da unutmayın.
Blog-yazmaq

4. Məşhur məzmunlar: Aktual bir bloqun məşhur məzmunlarının ən çox göz qarşısında olması da əhəmiyyətlidir. Ən çox şərh olunan yazıların da oxucuya ayrı bir sahədə təqdim edilməsi lazım olduğunu söyləyən Dan Taylor, yaxşı şərhçilərdən bloqunuza yazı yazmasını da istəyə biləcəyinizi deyir. (Bilməyənlər üçün Ərxan Ərdoğanın bu şəkildə Webrazzidə yazmağa başladığını xatırladım.)

 5. Arxiv: Avstriyalı yazarın diqqət çəkdiyi, mənim isə çox maraqlı tapmadığım amma olması lazım olduğuna inandığım nöqtə isə arxiv hissəsi. Taylor “Kateqoriya” əsaslı sıralama ilə oxucuların daha asan axtarış edə biləcəyini müdafiə edir və son olaraq bloqunuzun ödənişsiz olmasının lazım olduğuna diqqət çəkir. Bu nöqtədə“şəxsi bloq” yazanlarınən yaxşı yazılarını ayrı bir səhifədə göstərməsini və e-poçt abunələrinə xüsusi göndərəmlər etməsini təklif edə bilərəm.

6. Xüsusi məzmun: Bloqunuzun internet dəryasında qalıcı olmasını istəyirsinizsə xüsusi məzmuna əhəmiyyət verin. Kopiya məzmunlardan ibarət olan bloq və forumların daimi ziyarətçisi sıfıra yaxındır. Ümumi xəbəri açıqlasanız da öz sözlərinizi seçin. Sanaram bu detalı çox şərhə ehtiyac yoxdur, bilinən amma çox əhəmiyyət verilməyən bir həqiqətdən bəhs edirəm.

7. Reklamlar: Oxucularınız bloqunuzda olduğu müddətcə qonağınızdır və kimsə narahat edici bir mühitdə çox qalmaq istəməz. Əgər bloqunuzda reklam nəşr edirsinizsə olmadıq yerlərə reklam qoymayın. Bir xəttiniz olsun və bunu qoruyun. Dizaynınızı pozacaq təkliflərdən qaçının.

8. Qalıcılıq: Yazılarınızda bir xəbər axışı qədər ömrü olan yazılardan qaçınmağa çalışın. Odkimi parlayıb hər kəsin marağını çəkəcək yazılar yerinə, hədəfinə çatan və istifadəçiləri geri çevirəcək yazılar yazın.  

9. Sadə və qısa izahat: Yazılarınızı hər nə qədər anlayışı yüksək kəslər oxusa da beyni çox yormayan cümlələr qurmağa çalışın. Qısa cümlələr qurmaq mövzusunda özünüzü inkişaf etdirin və yazını gərək olmayan detallara girmədən tamamlayın. (Bu detalı xüsusilə özüm üçün əlavə etdim.)

10. Axtarış: İstifadəçilərinizin bloqunuzda axtarış etməsini asanlaşdırın. Əgər Techcrunch-ın yeni dizaynında axtarış etdinizsə nə demək istədiyimi daha rahat anlaya bilərsiniz. Əgər biri bloqunuzda bir şey axtarırsa, ona ən asan  yolu göstərin.

Bonus: Nəbzi tutun. Bu hələ standart əlavələrin cavab verə bilmədiyi bir vəziyyət olsa da, oxucularınızı anlıq və ya saatlıq məşhur məzmunlardan xəbərdar edə bilərsiniz. Bu oxucularınızın bloqunuza gəlməsi üçün bir səbəb təşkil edər, amma “şəxsi bloq” yazanların buna ehtiyac duyacaq qədər olmadığını da qəbul edirəm.

webrazzi.com

Türkiyə türkcəsindən uyğunlaşdırdı: Məcid Həsənli 

 

Post a Comment: