⬇️

12/01/2012

Ureh

Görəsən ancaq bizdə elədir, ya hər yerdə belədi. Ölkəmizdə çox sahədə qeyri-peşəkarlar, təcrübəsizlər çalışır. Qəzeti açırsan, bilmirsən nə yazıb, ya da ki, "Filankəsin qızının şəkilləri", qrammatik səhvlər də ki, daha heç.

Televiziyalarda aparıcıların çoxu intellektsiz, kitab oxumayan, dünya görüşü "Türksat" kanalları çərçivəsində olan adamlar.

Xəbər saytlarına baxırsan, tema pis gündə, yaydıqları xəbər serial anonsları.

Nə bilim e, biz belə hara gedirik. Hara baxıram professionallar yerinə, işbacarmazlar işi aparır.

Hələ bəyənmədiyiniz Turan "Günəbaxan"ı aparanda ciddi problemlərdən danışılır, sosial mövzular olardı, indi hərbiləşdirilmiş adam İlqar Mikayıloğlu Rəqsanənin filan problemlərin həll eləyir, camaat yaddan çıxıb.

Nə isə... Heç bir sahədə ürəyimizdən tikan çıxmır. Təkcə, Eurovision-la təsəlli tapırıq.

Bu gün öyrəndim ki, geylər öz saytlarına yazıblar ki, bəs biz Bakıda parad edəcəyik. Özüm də baxdım və gerçəkliklə üz-üzə qaldım. Sonra bu xəbər facebook-da statuslara sıçradı. Ən maraqlısı isə, bu xəbərə aid gic-gic statuslar oldu. Mən vətənşüvən etirazları nəzərdə tutmuram, onsuz da onlar boş şeydi. Söhbət bu gey-parada münasibət haqda yazılanlardan gedir. Bəziləri deyir ki, guya mentalitet aşiqləri, Hüseyn aşiqləri bu parada imkan verməyəcəklər. Ay bala, bu camaat elə bir şeydi ki, "yuxarı"dan desələr ki, ged geylərlə parada çıx, çıxarlar.

İndi bu qeyri-professionalların zamanında, ümidimiz ancaq milli-geylərədir ki, onlar dövlətimizi  paradda ləyaqətlə təmsil etsinlər.

Post a Comment: