Mən tolerantam
Bu günlərdə saytların birində mənasız yazı oxudum. Müəllif deyir ki, ruslara nifrət etdim. Açığı başlığı görəndə mənə elə gəldi ki, yazı 20 Yanvar qətliamında iştirak edən əsgərlərə "veteran" verilməsi haqqındadır.
Yazını oxuduqca gördüm ki, söhbət tamam ayrı mövzudadı. Rusların bizə və qafqazlılara davranışı haqqında. Belə çox gülməli.
Heç bu səbəbə görə görə də hər hansı millətə nifrət etmək olarmı?
Ruslar sizə - bizə - neyləyib?
Cavab verə bilərsiniz ki, daha nə etməyiblərki...
* rus imperiyası 27 ilə Şimali Azərbaycanı tamamilə işğal edib, sonra 90 il öz hakimiyyəti altında saxlayıb
* Sovet rusları 71 il Azərbaycan Cümhuriyyətini öz hakimiyyətində saxladı
* yuxarıda deyilən zamanlarda ermənilərin əli ilə soyqırımlar törətdi
* Azərbaycan müstəqillik qazanandan sonra ermənilərin əli ilə Qarabağı nəzarətə aldı
Və bunları bilən AZƏRBAYCAN xalqının adekvat tədbirləri nə oldu bəs? XALQ.
* keçmiş SSRİ ölkələri arasında ən gec Azərbaycanda Rusiya telekanallarının yayımı dayandırıldı
*keçmiş SSRİ ölkələri arasında yalnız Azərbaycanda rus dilində təhsil ləğv edilmək əvəzinə, daha da çiçəkləndirildi, rus dili institutu universitetə çevrildi, Moskva Dövlər Universitetinin Bakıda filialı açıldı
*Rusiyadan hansısa müğənnə gələndə, camaat zalı doldurur
*Bakının mərkəzində işçiləri Azərbaycan dilini bilməyən iaşə xidməti göstərən obyektlər göz oxşuyur
*TV-lərdə xarici filmlər dövlət qadağa qoyanadək rusca göstərilirdi
Bu siyahını çox uzatmaq olar, əlbəttə. Bunlardan sonra niyə görə böyük rus millətinə nifrət etməliyik? Başqasında ayıb axtarmaqdansa, özümüzdə örtmək yaxşıdı.
2 şərh
"Başqasında ayıb axtarmaqdansa, özümüzdə örtmək yaxşıdı. "Bu cümləni oxumasaydım, bu yazını oxuduğuma peşman olacaqdım. Ruslara nifrət etmirəm əslində, amma çox da bəyənmirəm. İnsanına görə dəyişir yəni.
Replyniyə peşman olacaqdın? :) izah eləsən sevinərəm
Reply