⬇️

28/04/2012

Bu gün bir dostum dedi ki, "Əli və Nino"ya gedək, təzə kampaniya gedir, bəzi kitabların arasında əlfəcinlər var, əgər onları tapsan həmin kitabı pulsuz götürə bilərsən. Əlfəcin nədir bəs? Kitabın arasına, qaldığın səhifəni yadda saxlamaq üçün olan əşya.

Sevinə-sevinə getdik "Əli və Nino"lara baş çəkməyə. Ad-ad deməyim hansılara getdik, amma üç mağaza ziyarət elədik.

Birinciyə girdik. Hərə sevimli müəlliflərinin kitablarını axtarmağa başladı. Mən birini götürüb yoldaşıma (solçu zad deyilik:D) verdim, o da satıcı qıza dedi ki, biz hədiyyəni tapmışıq. Satıcı dedi ki, bu olmaz, qəhvəyi rəngdə olmalıdı.

Nəysə. Sonuncu ziyarətimizə gəldik, burada, sırtıqca soruşduq ki, o kitablar hansıdı? :) Satıcı cavab verdi ki, yalnız Milli Kitab Mükafatı seriyasının kitabları. Demək, ana dilimizdə ancaq MKM kitabları hədiyyəli ola bilər.

Öz-özümə düşündüm ki, bu nətər Milli Kitab Mükafatıdır ki, kitabları alınmır deyə satışı gedmir, ona görə də hədiyyə olunur. Özdə 1-ci MKM kitabları.

Post a Comment: