"20 Yanvar" xatirələri
Bu gün "20 Yanvar"a gedəsi oldum. Bir nəfərlə görüşməliydim, sağ olsun bir az gözlətdi məni :). Bu müddətdə bəzi müşahidələr apardım. Deməli, hər gün bu stansiyaya minlərlə insan gəlir. İşçilər, tələbələr və s. v. i. Özdə elə bil bura gələnlər spesifik adamlardı, hamıdan fərqlidirlər. Müxtəlif tip adamlar, qəribə, qorxulu baxışlar. Bir neçə gəncə fikir verdim, yekrəng geyinmişdilər. Başdan ayağa qırmızı, digəri yaşıl, başqa birisi qırmızı və yaşıl. Diqqətlə baxanda fikir verdim ki, burdakı həmvətənlərimi şəhərin başqa yerlərində də görürəm də, nə olsun, xüsusi nə var burda. Ancaq, bir şey var ki, şəhərin başqa sakinlərinə qatışanda gözə çarpmırlar, burda isə hamısı bir yerdədilər. Həm də hamısı bir yerə düşəndə dəhşət basabas düşür, imkan düşdükcə də biri o birin əlləyir.
Uşaqlıqda bu "20 Yanvar"ın keçidlərindəki ticarət mərkəzin çox gəzmişəm. Elə indi də arada nəsə alıram. O zamanlarıydı, günlərin bir günü dayım oğlu dedi ki, bayaq "20 Yanvar"da satıcılar qırırdı biri-birini. Səbəb də nə olsa yaxşıdı, keçiddən keçən bir qıza cavan satıcı sataşıbmış, yanındakı "polka"dakı satıcı da sataşılan qızın dayısıymış. Daha demə əvvəllər rahat-rahat söz atıblar, indi nətərsə qızla satıcılardan biri qohum çıxıbmış.
Belə. Danışsaq gic-gic xatirələr çoxdu. Gələcəkdə Bakıya aid nəsə veriliş filan hazırlansa, gərək "20 Yanvar"dan da danışıla. Məmnuniyyətlə özüm həmsöhbət olaram.
Post a Comment: