Sıradan azərbaycanlı
Biz azərbaycanlılar haqda çox yazmışıq. Elə hər gün hamı nəsə yazır. Hamı lağa qoyur, aşağılayır. Nəysə, bu başqa mövzudu. Mənim dediyim bizim xalqın necə də bekar olmasıdır.
İş-sənət səhərdən-axşamacan ancaq bir-birilərinə gic-gic zarafatlar eləmək, ana-bajı xırdalamaqdı. Kitab oxumaq filan demə bunlara "zapadlo"du.
Hardansa ağıllarına qəribə şey gəlib - "təkər". Biri-birinə salam verəndə, o biri "necəsən" deməsə, bu biri "təkərdi əəə bu" deyir. Hərə digərini təkərləşdirir.
Çox bəsit xalqıq. Bəlkə də sadəcə "qara camaat" bəsitdir. Getdikcə də daha çox tündləşib qaralır.
Post a Comment: