Blogger kimdir?
![]() |
Blogger kimdir? |
Majid Hasanli
![]() |
Blogger kimdir? |
Həmişəki kimi bu gün də yorğun-arğın dərsdən çıxıb, metroya girdim. "28 May"dan "İnşaatçılar"a gəlirdim. Mən dərsdən çıxan vaxt həmişə insanlar metroda çox olur. Çoxluq da ki, maşallah!
Deməli, gördüm basabasdı bir qatarı ötürdüm. İkinci də, dolu gəldi. Məcburi minməli oldum.
Özümü güclə atdım vaqona. Bu anda görürəm ki, bir orta yaşlı qadın da yanındakı qızla bərabər soxulur izdihamın içərisinə. Gördüm ki, yox e bizdə təkcə kişilər deyil, qadınlar da belədir. Yəni ki, belə də. Elə basabas varıydı ki, yıxılmamaqdan özümü zorla saxlayırdım. Qapının ağzındakı sıxlıqda da milli geyimli - dar köynək, pencək, əvvəli qapqara, sonradan isə bir az bozaran ayaqqabılı oğlan yuxarıda dediyim orta yaşlı qadının yanındakı qıza dirənib :). Qaqaşı da qınamaq olmaz bir tərəfdən, amma belə də olmaz axı.
İstədim bunu twitter-də yazım, amma 140 işarədən çox oldu, facebook-a da yazmadım ki, uzun status olacaq, oxunmayacaq.
Davamını oxuhasanli.blog.com - mənim 2-ci bloqum. Bədbəxt, spamlandı işləmədi. onun üstündə bütün blog sistemlərində "hasanli" axtara-axtara Tumblr-ı filan aşaraq Posterous-da qaldım. Bayaq gördüm ki, daha spam yoxdu. Artıq gecdir:).
Buna oxşar hadisə həyatda da başıma gəlib. Onda da belə eləmişdim.
Davamını oxu