⬇️

22/11/2011

Blogger kimdir?
Bü günlərdə elə öz-özümə düşünürdüm ki, Azərbaycanda bu qədər bloqçu - blogger peyda olub, görəsən bunları oxuyan olmasa da, heç olmasa elə belə klikləyən var?

Bir neçə gün əvvəl baş verən və bu günədək məni bezidərən bir hal olanacan, elə hey bu fikirlərdə qalmışdım.

Deməli, Etibar Salmanlı imzalı bir blogger var Odlar yurdunda :). Həyatda heç vaxt ünsiyyətdə olmamışam. Bir neçə dəfə məşhur "Şirzadın kafesi"ndə görmüşəm ancaq. Amma yazılarını, statuslarını, tvit-lərini (tweet) oxuyuram.

Günlərin bir günü Etibar bəy həm status açmaqdan, həm də tvitləməkdən bezir. Düşünür ki, bu zadları biri-birinə calaq etsin. Edir də. Sonra... Sonrası maraqlıdı. Bu hadisəyə aid post yazır.

Demək, Etibar Salmanlı məlum postu yazandan sonra, Twitter ilə Facebook-u birləşdirənlərin sayında artım oldu. Bir sözlə, həm "izlədiyim", həm də "dost olduğum" dostlarımın yazdığı cümlələr artıq beynimə işləyir :). Elə bil ki, dəlinin yadına daş salmaq məsəli kimi.

Sözümün canı başqadı e. Bu postdan sonra dəyişikliyin olması o deməkdir ki, oxunan bloggerlərdən birini tapdım məncə.

Mənim də postlarım bir gün belə təsirli olsun istərəm. İnşallah!

2 şərh

avatar
Etibar Salmanli

bir balaca səhvlərin var) kəşf zad barədə)amma ki zor yazmısan)

Reply

təşəkkürlər)

Reply