⬇️

14/04/2012

Bu əhvalat 2012-ci ilin əvvəlindəki qışında uzun-uzadı qarlı günlərindən birində baş vermişdi. Evdə çoxlu kitab olmasına baxmayaraq, elə bil oxumağa kitab seçə bilmirdim. Twitter-də yazdım ki, oxumağa kitab məsləhət görün. Follower-lərimdən biri mention etdi ki, “Çərpələng uçuran”ı oxu. Bir neçə gündən sonra Kitab Klubundan həmin kitabı aldım. “Çərpələng uçuran” Xalid Hüseyni.

Bu kitab həyatımda üç günə oxuyub bitirdiyim ilk kitab oldu. Bundan əvvəl oxuduqlarımı hər gün oxuyur, sonra qaldığım səhifəyə nişan qoyub növbəti gün oxuyurdum. Hətta, elə olurdu ki, bir gün heç oxumurdum. Beləcə, bir həftə çəkirdi. Amma “Çərpələng uçuran”ın Azərbaycan dilinə tərcüməsinin arxasında yazıldığı kimi “Hüseyni oxucunu səhifəni səhifə ardınca çevirməyə sövq etmək üçün necə yazmaq olduğunu nümayiş etdirir – sadə və gözəl” (The Philadelphia Inquirer). Deməli, bacarıram. Sadəcə, kitab oxucuda elə maraq yaratmalıdır ki, digər vacib olmayan məşğuliyyətlərdən əl çəkib özünü əsərdəki həyata verə biləsən.

Romanı orijinaldan yox, ana dilimizdə tərcüməsindən oxuduğum üçün burada tərcüməçiyə də - tanınmış jurnalist Xədicə İsmayıl - təşəkkür etmək lazımdır.

Virtual oldu deyə, Əfqanıstanda və ABŞ-da yaşamaq xoşuma gəldi. Bilmirəm, tərcüməçi yoxsa müəllifdi günahkar, Əmir Amerikada olanda kolleci bitirməyi qeyd edir, sonra növbəti il yenidən kollecin hazırlıq şöbəsinə daxil olub bitirir. Təkcə, buranı anlamadım. Bu boş şeydi, əsas odu ki, əsər ümumilikdə əladı. Hamıya haqqında danışdığım romanı oxumağı tövsiyyə edirəm.


[youtube http://www.youtube.com/watch?v=oqTu7RsTsYU]

9 şərh

filmine baxmiwam,cox gozel filmdi,kitabin da oxuyutam hal hazirda,hardasa 100 seyfe qalib :)))kewke filme baxmayib oxusaydim deyirem,cunki kitabin tesiri filminkinden daha cox olur,ama filme baxmiwam deye artiq meni neyin gozlediyini bilerek seyfeleri cevirirem,bu da bir balaca maragi olduru,ama yene de semimi yzailib deye eser axici gedir,,egqanistanda uwaqlar var,ama uwaqliq yoxdu

Reply

mənim kimi əvəl kitab sora film izləmə edərdin gərək. səbr yaxşı şeydi deyirlər axı :)

Reply

Əsəri oxumuşam və çox bəyənmişəm. mənim də digər kitablarla müqayisədə tez oxuyub bitirdiyim nadir əsərlərdəndi )) filminin də çəkildiyindən xəbərim yox idi. mütləq izələyəcəm. təşəkkürlər :)

Reply

super kitabdi.deyesen hele meslehet goren follower men idim :)

Reply

ola biler.cox adama tovsiye etmisem :)

Reply

bu eserin kinosuna nece baxa bilerem/?hansi saytdan?

Reply

türkcə film saytlarında axtarın: Uçurtma avcısı

Reply
This comment has been removed by a blog administrator.