Beyin çönməsi
Bizim həmvətənlərimizdə belə bir xəstəlik var: Beyin çönməsi. Bunun yəqin ki, latınca elmi adı da var. Bəlkə də yoxdu. Fikrimi onunla əsaslandıra bilərəm ki, bu xəstəlik yalnız azərbaycanlılarda var. Məncə. Hələ dünya miqyasında yayılmayıb deyə elmi adı yoxdu. Bəlkə də.
Demək məlum xəstəlik bizimkilərdə axmaq xasiyyət əmələ gətirib. Nəbadə kiminsə beyni çönə də. Ağzın qoyur Allah yoluna. Özün buraxır. Bir sözlə bu xəstəlik elə bir zaddır ki, insan özünə cavabdeh olmur.
Amma Allah həmişə olduğu kimi, bu dəfə də burada xalqımızın dadına çatır. Beyni çönən insan istənilən hərəkəti edə bilər. Həmin o anda. Ancaq, hə ancaq Allah o insanın ağlın tamam almır şükürlər olsun. Davamını oxu